“Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib. SAHADA KAZANMAK YETMEZ İsmail CİNGÖZ ULUSLARARASI ZEMİNDE KARABAĞ SORUNU . İsmail CİNGÖZ
“Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür” Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb Tezliklə “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək "İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş Prezidentin köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə növəti görüşü keçirib.



» » Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi


Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi

19-07-2020, 22:09
Oxunma sayı: 785
Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi
Azərbaycan Vətəndaş Hərəkatı (AVH) “Mövcud ictimai-siyasi vəziyyətdə vətəndaş cəmiyyətinin vəzifəsi” mövzusunda onlayn beynəlxalq konfrans keçirib. Toplantıya Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Gürcüstan, Macarıstan, Almaniya, Ukrayna kimi ölkələrdən də alimlər, ictimai xadimlər, müəllimlər, jurnalistlər, araşdırmaçılar, gənclər, idmançılar və digər şəxslər qatılıb.

Tədbiri giriş sözü ilə açan AVH-nin İdarə Heyətinin üzvü Mübariz Göyüşlü Hərəkatın yaradılma məqsədindən danışıb. O, bildirib ki, Hərəkat 11 yanvar 2020-ci ildə ziyalılar tərəfindən yaradılıb və məqsəd bu qrupa daxil olan şəxslərin fəaliyyətini əlaqələndirmək, onların potensialından Azərbaycan dövlətinin inkişafı üçün yararlanmaqdır. Mübariz Göyüşlü tədbirdə Azərbaycanın iki cəbhədə apardığı müharibə – Ermənistanın təcavüzü və COVİD-19 pandemiyası ilə bağlı müzakirələr aparılacağını, mövcud şəraitdə vətəndaş cəmiyyətinin qarşısında duran vəzifəni müəyyən etməyə çalışacaqlarını vurğulayıb.

AVH-in İdarə Heyətinin üzvü, əməkdar idman ustası Azər Həsənsoy belə çətin məqamlarda disapor təşkilatlarının aktiv olmasının vacibliyindən söz açıb. O, birliyi saxlamağın, fəaliyyəti əlaqələndirməyin önəmindən danışaraq hər kəsi bu həssas məqamda Azərbaycan dövlətinin ətrafında birləşməyə, ona dəstək verməyə səsləyib.

Türkiyədən toplantıya qatılan İstanbul Üsküdar Universitetinin professoru, sosioloq Əbülfəz Süleymanlı hazırkı çətin dönəmdə Azərbaycan xalqının nümayiş etdirdiyi birliyi yüksək qiymətləndirib. O, vətəndaş cəmiyyətinə hökumətin və vətənpərvər ziyalıların dəstəyini də vacib sayıb. Ə.Süleymanlı öz çıxışında həm də xaricdə təhsil alan və işləyən gənclərə, apardıqları informasiya müharibəsində cəmiyyətin dəstəyinin önəmini xüsusi vurğulayıb.
Sosial şəbəkələrdə paylaş: