Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı


846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı

15-07-2020, 18:00
Oxunma sayı: 250
846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının orduya dəstək yürüşündə baş verən təxribatla əlaqədar
BƏYANATI
15 iyul 2020-ci il Bakı şəhəri

Məlum olduğu kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlərlər davam edir. Ordumuz düşmənin xain hücumunun qarşısını alaraq onun xeyli sayda hərbi texnikasını, istehkamlarını, müdafiə qurğularını darmadağın edərək canlı qüvvəsini məhv edib. İşğalçılar çoxlu sayda itki verərək geri çəkilməyə məcbur olub.
Ağır döyüşlər zamanı general-mayor Polad Həşimov, həmçinin, bir neçə zabit və əsgərimiz qəhrəmancasına döyüşərək vətən uğrunda şəhid olub. General Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması Azərbaycan generallarının əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə vətəni bərabər qoruduqlarını göstərən böyük hərbi rəşadət və qəhrəmanlıq nümunəsidir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Eyni zamanda Ermənistanın artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini 76 yaşlı Əzizov Əziz İzzət oğlu qətlə yetirilib. Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları, qadınları və uşaqları öldürmək erməni faşizminin və barbarlığının növbəti təzahürüdür. Tovuz rayonunda gedən döyüşlər bir daha onu göstərir ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa, düşmənin istənilən təxribatının və həmləsinin qarşısını almağa və işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Təəssüflə bildiririk ki, Azərbaycan Xarici İşlər NazirliyiMüdafiə Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, BMT-ni, Avropa Birliyini və aidiyyəti üzrə digər beynəlxalq təşkilatları Ermənistanın kobud şəkildə atəşkəsi pozması, Azərbaycanın mülki əhalisini ağır silahlardan atəşə məruz qoyması, suveren ərazimizə hücum etməsi ilə bağlı məlumatlandırsa da, beynəlxalq təşkilatlar təcavüzkar dövlətə qarşı heç bir əməli tədbir görmür. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməli, Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar.
Ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirərək Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına və dövlətə dəstəyini ifadə edib. Dəstək aksiyaları paytaxtla yanaşı ölkəmizin Xırdalan, Sumqayıt və digər şəhərlərində də keçirilib. Bu onu göstərir ki, Azərbaycan xalqı dövlət başçısının siyasətini bütünlüklə dəstəkləyir, xalq-ordu vəhdətini möhkəmləndirərək cəmiyyətdə işğalçı düşmənə qarşı döyüş ruhunu daim yüksək saxlayır.
Bununla belə, təəsüflər olsun ki, bir qrup insan vətənpərvərlərin dünənki gecə yürüşündən başqa məqsədlər üçün yararlanmağa çalışıb. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməyib və orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq Milli Məclisin binasına qeyri-qanuni yolla daxil olaraq içəridəki avadanlığa zərər vurub, təxribat törədib. Bu zaman həmin qrup üzvləri tərəfindən jurnalistlərə qarşı zorakılıq halları da baş verib. Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə cəhd ediblər.
Azərbaycan güclü dövlətdir. Təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah dövlət müstəqilliyi dövrümüzün ən böyük nailiyyətidir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.
Biz, ictimai sektorun nümayəndələri olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, əhalinin təhlükəsizliyinin təmin olunması və erməni təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyirik. Biz vətəndaş mövqeyi göstərərək milli birliyimizi və bərabərliyimizi pozmağa çalışan təxribatçılara qəti etirazımızı bildirir, belə çətin və məsuliyyətli anda millətə və dövlətə qarşı xəyanət yolu tutanları şiddətlə qınayırıq.

Qeyd: Bəyanat ölkədə fəaliyyət göstərən 846 QHT tərəfindən qəbul edilmişdir.
Sosial şəbəkələrdə paylaş: