İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.


Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.

26-06-2020, 14:52
Oxunma sayı: 903
Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.

Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir
İqtisadiyyatımızın dayanıqlı inkişafı, beynəlxalq əhəmiyyətli layihələrin uğurla reallaşdırılması ümumulli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq Azırbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və balanslaşdırlımış siyasət sayəsində mümkün olmuşdur.
Ölkə iqtisadiyyatında baş verən tərəqqi və dirçəliş digər sahələrdə olduğu kimi, vergi sistemində səmərəli islahatların aparılmasına, bu sahədə inkişafı təmin edə biləcək çevik vergi sisteminin həyata keçirilməsinə şərait yaratmışdır.
Azərbaycanda vergi sisteminin islahatı mühüm sosial-iqtisadi dəyişikliklər şəraitində baş verir. Ölkədə bazar iqtisadiyyatının tələblərinə uyğun çevik vergi sistemini o cümlədən büdcə gəlirlərinin optimal nisbətini, büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Adətən, vergi islahatının prinsipləri iki istiqamətdə qruplaşdırılır. Birinci istiqamət, bir qayda olaraq, vergi sistemində edilən dəyişikliklərin beynəlxalq qaydalara uyğunluğunu əks etdirir. Bu klassik prinsipə riayət edilməsi vergi islahatını ölkənin sosial-iqtisadi inkişafının mühüm amilinə çevirir. İkinci istiqamətdə hər bir ölkənin sosial, iqtisadi xüsusiyyətlərini nəzərə alaraq vergi islahatı həyata keçirilən zaman müəyyən edilən prinsiplər daxildir. Lakin bu qrupa daxil olan prinsiplər öz məzmununa görə eyni olmur.
Vergi sistemində baş vermiş böyük dəyişikliklər nazir vəzifəsində çalışmış Mikayıl Cabbarovun adı ilə də bağlıdır. Məhz onun bu vəzifəyə təyinatı vergi sistemində uzun illər yığılıb qalmış bir sıra problemlərin aradan qaldırılmasına rəvac verdi.
2019-cu ilin əvvəlindən başlayaraq, vergi islahatlarının həyata keçirilməsində gördük ki, tədricən vergi tutumları baxımından qeyri-dövlət və qeyri-neft sektorunda fiziki şəxslərin gəlirlərinin vergidən müəyyən mənada azad edilməsi istiqamətində görülən işlər, əslində vergi bazasının genişləndirilməsi və iqtisadiyyatın maksimum şəkildə kölgədən çıxmasına kömək edirdi. Artıq görürük ki, tədricən bunun müsbət nəticələri olmaqdadır.
Vergi siyasətinin əsas ana xətti və fəlsəfəsi məhz vergi bazasının genişlənməsinə, vergi islahatları vasitəsilə iqtisadi artımın stimullaşmasına xidmət etməlidir. Buna görə də atılan addımlar və həyata keçirilən islahatlar bundan sonra da ardıcıl olaraq davam etdirilməlidir.
2019-cu ilin əvvəlindən həyata keçirilən islahatların konkret istiqamətlərinə nəzər salsaq, burada əsas istiqamətlərdən biri qeyri-neft və qeyri-dövlət sektorunda çalışanların əmək haqqlarından, yəni gəlirlərindən tutulan vergilərlə bağlı ciddi dəyişikliklər olub. Bunun da sözsüz ki, əhalinin gəlirlərinə birbaşa təsiri olub. Digər tərəfdən, bu islahatlar nəticəsində həm gömrük, həm də vergi xətti üzrə fiskal yığımların artması sosial paketin ölkə başçısı tərəfindən qəbul edilmiş sosial istiqmətdə sosial siyasətlə bağlı tədbirlərin daha da intensiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Əmək haqları, təqaüd və müavinətlər artıb və bunların hamısı vergi, fiskal və büdcə siyasətilə bağlı olub ki, dövlətin iqtisadi imkanlarının artması bilavasitə sosial siyasətə daha çox vəsait yönəldilməsinə şərait yaradıb.
2019-cu ilin ilk 5 ayında qeyri-neft sektoru üzrə dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artmışdır. ƏDV dövriyyəsində artım isə 9.6 faiz olmuşdur. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirmişdir. Topdansatış ticarət sektorunda dövriyyə 18.4 faiz, o cümlədən ƏDV dövriyyəsi 24.6 faiz, pərakəndə ticarət sektorunda dövriyyə 37.3 faiz, o cümlədən ƏDV dövriyyəsi 38.2 faiz artmışdır. İctimai iaşənin dövriyyəsində isə artım 20.6 faiz təşkil etmişdir.
Bu gün səyyar vergi yoxlamalarının dörd dəfə azaldılması səbəbindən, elə vergi ödəyicisi var ki, üç ildir ona vergi yoxlaması gəlmir. Ancaq əvvəlki sistemində mümkün deyildi ki, bir il ərzində yoxlama gəlməsin. Bu isə biznes mühitinin inkişafı deməkdir.
2019-cu ilin iyun ayında Bakıda 5-ci Avropa İttifaqı Azərbaycan biznes formunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov demişdir ki, “Azərbaycanda vergi sahəsində keçirilən islahatlar səmərəlidir. Vergi öhdəliklərinin könülü icra olunması artıb. 2020-ci ilədək vergi qanunvericiliyinə mühüm dəyişikliklərin edilməsi planlaşdırılmır, amma bəzi texniki dəyişikliklər gözlənilir. Qeyri-rəsmi fəaliyyət, qeyri-leqal sahibkarlıq, kölgə iqtisadiyyatı bizim üzləşdiyimiz əsas problemlərdir və biz onların aradan qaldırlması üçün tədbirləri davam etdirəciyik”.
Xaqani İbrahimov
Sosial şəbəkələrdə paylaş: