“Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Tariximizin qəhrəmanlıq səhifəsi 200 illik işğal və 10 günlük möhlət! - Elməddin Behbud yazır “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.”
Azərbaycan QHT-ləri beynəlxalq media qurumlarına müraciət edib İctimai Nəzarət Qrupu üzvü “GənclərinTöhfəsi” İctimai Birliyi vətənpərvərlik mövzusunda maarifləndirmə işini davam etdirir “Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... İsmayıl Qacar: Terrorist Paşinyana baş nazir kimi ilk ziyafəti Qoqi Meşveliani verib.
SAHADA KAZANMAK YETMEZ İsmail CİNGÖZ ULUSLARARASI ZEMİNDE KARABAĞ SORUNU . İsmail CİNGÖZ “Bu gün torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda onlarla kikboksçu ordu sıralarında döyüşür” Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək



» » “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..”


“Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..”

22-06-2020, 23:52
Oxunma sayı: 3439
“Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..”
“Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..”

Nizami Gəncəvi bir şeirində “bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da“ deyir. Bəs, doğrudan da mı, su artıq içildikdə bizə zərər verir?
Əgər ətrafımıza baxsaq, ilk canlılar yarandıqdan bəri suyun həyat üçün nə qədər önəmli olduğunu hər birimiz görəcəyik. İnsan üçün də su əvəzsiz maddələrdəndir. Orqanizmamızın 60 faizi, qanımızın isə 90 faizi sudan ibarətdir. Bir çoxumuz əgər az su içsək, ya da bir neçə gün susuz qalsaq, bunun orqanizmamıza ziyan vuracağını, hətta öldürə biləcəyini bilirik. Bəs çox su içmək necə?
Su bizim üçün o qədər önəmli və vazkeçilməz bir maddədir ki, bir çoxumuz onun bizə ziyan vura biləcəyinə inanmır. Amma unutmamaq lazımdır ki, su da kimyəvi quruluşa malikdir. Dünya üzərindəki, heç bir kimyəvi maddə istər oksigen olsun, istər arsen, istərsə də su “mütləq olaraq faydalı” və ya “mütləq olaraq ziyanlı deyil”. Digər kimyəvi maddələr kimi suyun da müəyyən dozası “zəhərli”dir.
Belə ki, 2005-ci ildə bir yarışma əsnasında dostları 21 yaşındakı oğlana çox su içirtdikləri üçün oğlan həyatını itirmişdir. 2007-ci ildə, yenə Kaliforniyada bir qadın saatda sadəcə 25 stəkan (təxminən 6 litr) su içdikdən qısa bir müddət sonra su zəhərlənməsindən ölmüşdür.
Bəs su necə zəhərləyir? Cavab hüceyrələrimizdə gizlidir. Çox su içdiyimiz zaman, qanımızdakı elektrolitlər, xüsusilə də natrium ionları azala bilər.
Natrium səviyyələri bir litrdə 135 milimolun (mmol/l) altına düşdükdə, həkimlər bunu hiponatremi adlandırır.
Natrium, hüceyrələrin içində və çölündə maye səviyyələrinin tarazlaşdırılmasında iştirak edir. Azaldıqlarında isə, hüceyrələr şişməyə başlayır. Bu beyin hüceyrələrinə gələrsə, təhlükəli, hətta ölümcül ola bilər. Belə ki, beyin hüceyrələri şişdikdə kəllənin içində təzyiq artır. Bu da su zəhərlənməsinin ilkin əlamətlərinin özünü göstərməsinə səbəb olur: Başağrıları, ürək bulanmalar, qusma. Güclü su zəhərlənmələri zamanı daha ciddi əlamətlər yarana bilər: Uyuşmalar, əzələ zəifliyi, artan qan təzyiqi, duyğusal məlumatları tamamlaya bilməmək, nəfəs almaqda çətinlik və s.
Əslində su zəhərlənmələri çox nadirdir. Lakin bununla yanaşı bir çox ölüm hadisəsi qeydə alınmışdır. Su zəhərlənmələri ən çox idmançılarda və ya müxtəlif zehni problemləri olan insanlarda baş verir. İdmançılar bəzən elektrolit itkisini düzgün hesaba qatmadan çox su içə bilər. Buna görə də hiponatremi ən çox idman yarışlarında özünü göstərir. 2002 Boston Maratonundakı 488 iştirakçıdan 13% -də hiponatremisimptonları var idi və 0,06-da natrium səviyyələri 120 mmol/l’dən az olan kritik hiponatremi görülmüşdü. Bu hadisələrdə su zəhərlənməsi ölümlə nəticələnmişdi.
Su zəhərlənməsi duyğusal pozuntular, şəxsiyyət pozunları olan insanlarda, həmçinin şizofreniya xəstələrində də rast gəlinir. Bu insanlar bəzən həddən artıq su içə bilirlər, bu isə su zəhərlənməsinə səbəb olur. Bəs suyun “zəhərli dozası” nə qədərdir? Nə qədər su içsək, su zəhərlənməsi baş verə bilər?
Bildiyiniz kimi qanımızda olan su böyrəklərimizin köməyi ilə bədənimizdən xaric olunur. 2013-cü ildə aparılan araşdırmaya görə, böyrəklər gündə təxminən 20-28 litr suyun xaric olunmasını təmin edə bilər, amma hər saatda 0,8-1,0 litrdən çox su ala bilməzlər.
“Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..”
Belə ki, qısa bir müddət ərzində 3-4 litr su içilərsə, həmin insanda hiponatremi əlamətləri özünü göstərə bilər. Məsələn, 9 yaşında bir qız 1-2 saat ərzində 3,6 litr su içdikdən sonra su zəhərlənməsi baş vermişdir. Bu araşdırmalar onu göstərir ki, su zəhərlənməsində miqdardan əlavə zaman da çox böyük rol oynayır. Bəs gün ərzində nə qədər su içməliyik?
Su içmə miqdarı, fizioloji olaraq su itirmə miqdarı ilə düz mütənasibdir. Buna misal olaraq, soyuq bir iqlimdə yataraq gününü keçirdən adam ilə, 45 dərəcə istidə ağır iş görən insanın qəbul etməli olduğu su miqdarı tamamilə fərqlənəcək. Bənzər şəkildə spirtli içki kimi su itkisinə səbəb olan yemək və içkilərdən istifadə də su ehtiyacını artıra bilər. Belə qidalanan insanlar normal olaraq daha çox susayacaqlar.
Bütün bunları nəzərə alaraq, hər bir şəxs üçün standart bir ölçü var deyə bilmərik. Lakin ümumilikdə bir çox mənbədə gündəlik 2 litr su içməliyik yazılır. İnsanın gündəlik təxminən 2 litr suya ehtiyacı olduğu doğrudur. Lakin bir şeyi unutmamaq lazımdır ki, yediyimiz qidaların da tərkibində su var və biz onları yedikdə su tələbatımızı da müəyyən qədər ödəyirik.
Bəs 2 litr suyu yediyimiz qidalardan alsaq, əlavə olaraq gün ərzində 2 litr su içsək, bu bizim orqanizmamıza ziyan vurar? Xeyr, çünki gün ərzində 4 litr su böyrəklərimizin vasitəsilə rahatlıqla xaric oluna bilər. Bunu da mütləq qeyd etmək lazımdır ki, bədənimizin suya ehtiyacı olduqda susayırıq və bu zaman gecikdirmədən 1 stəkan su içmək lazımdır. Lakin susamadan həddən artıq su içmək bizim orqanizmamıza xeyir verməyəcək.
Nəticə olaraq, su içməyi unutmamalıyıq, amma həddən artıq su içməməyə də diqqət yetirməliyik.


Leyla Nağıyeva
Sosial şəbəkələrdə paylaş: