İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir


Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir

19-06-2020, 00:48
Oxunma sayı: 1022
Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Ermənistanda baş verən son hadisələr, Nikol Paşinyan hakimiyyətinin despotizmə meyillənməsi nədənsə beynəlxalq təşkilatların diqqətindən yayınır. Belə ki, “Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Tsarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Tsarukyanın həbs edilməsi, İrəvandakı hakimiyyətin avtoritarlaşmasının sübutudur. Bu, ölkədə hakimiyyət böhranının dərinləşdiyini, siyasi rejimin iflasını sübut edir. Bu fikiləri “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Azərbaycan Vətəndaş Hərəkatının üzvü Asim Vəliyev bildirib. A.Vəliyev qeyd edib ki, bu günlərdə Qaqik Tsarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilməsi, onu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb etmək, tərəfdarlarını həb etmək, KİV nümayəndələrinə güc tətbiq edilməsinə yol vermək, siyasətçinin məhz N.Paşinyan hakimiyyətini sərt tənqid etməsindən sonra baş verib və Ermənistan hakimiyyətinin rəqiblərinə qarşı amansız təzyiq və təqib metodunu seçməsini bir daha sübut edir. Bu bir daha onu göstərdi ki, demokrat cildinə girən, həqiqətdə isə, küçələrdən siyasətə gələn, əslində, bloggerlikdən başqa bir işə yaramayan N. Paşinyanın idarəetmə bacarığı heç də göründüyü kimi deyil və onun səriştəsiziyi Ermənisanda ona olan nifrəti maksimuma çatdırıb. Bundan əvvəl də Ermənistanda silsilə siyasi həbslər baş vermişdi və inqilab görüntüsü üzərində hakimiyyətə gələn “demokrat” Nikol Paşinyanın hazırkı antidemokratik addımları nəinki onun opponentlərində, artıq müstəqil siyasi dairələrdə də ikrahla qarşılanır. Məsələn, onun bu addımlarının çökməkdə olan siyasi nüfuzunu qoruyub saxlamaq cəhdləri kimi də qiymətləndirənlər var və ekspertər əmindir ki, Paşinyanın təzyiqləri artırması, söz və fikir azadlıqlarını məhdudlaşdırması, iqtisadi cəhətdən özündən güclü siyasətçilərin var dövlətinə göz dikməsi və rəqiblərini tam gücsüz hala gətirməkdən ötrü istənilən qanunazidd addımlar atması artıq reallıqdır. QHT rəhbəri vuğulayıb ki, son dövrlərdə Ermənistanda baş verən hadisələrə, siyasi həbslərə beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi də heyrət doğurur: Q.Tsarukyanla bağlı son hadisələr fonunda “insan hüquqları carçısı” , “ demokratiya müdafiəçiləri” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi qərəzin nəticəsidir. Bu isə belə mötəbər təşkilatlarda demokratiyanın deyil, erməni lobbisinin söz sahibi olduğunu deməyə əsas yaradır.”– deyə Asim Vəliyev əlavə edib.
Sosial şəbəkələrdə paylaş: