Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
Tezliklə “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək "İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş Prezidentin köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə növəti görüşü keçirib. “SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi
Gənc şair Ağarza Elçinoğlunun şeirlər kitabı nəşr olunub Daşqın Gülməmmədov: Ramiz Həsənov, Eldar Həsənov, Qüdsi Osmanov və bəziləri Rusiya casuslarıdır. “Gənclərə Qayğı” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı “Gənclərin Töhfəsi” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı



» » AŞPA pandemiyasının vaksinini...


AŞPA pandemiyasının vaksinini...

9-06-2020, 22:29
Oxunma sayı: 2152
AŞPA pandemiyasının vaksinini...
Azərbaycanın artan beynəlxalq nüfuzuna xələl gətirmək üçün anti-Azərbaycan dairələr və onların ölkəmizdəki "təmsilçisi" olan 5-ci kalon hər vəchlə dövlətmizin maraqlarına qarşı zərbə vurmağa çalışırlar. AŞPA-da erməni lobbisinin və Azərbaycan əlehdarı olan digər qüvvələrin son vaxtlar artan fəallığı buna bariz sübutdur. Təsəvvür edin, AŞPA-nın üzvü olan Ermənistanın 2001-ci ildə qurum qarşısında götürdüyü öhdəliklərə, beynəlxalq hüququn normalarına zidd hərəkətlərinə, torpaqlarımızın işğalı siyasətini davam etdirməsinə, dünc insanları qətlə yetirməsinə göz yumulur, ancaq dünyanın tolerantlıq mərkəzinə çevrilən Azərbaycan hədəfə çevrilir. Bu yaxınlarda Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni oyuncaq “seçkilər” keçirdi. Nəyə görə AŞPA ayrı bir suveren dövlətin ərazisində cinayətkar rejim quran, onun torpaqlarını işğal edən və bu işğalı seçki adı ilə legitimləşdirməyə çalışan Ermənistana qarşı sərt sanksiyalar qəbul etmir? Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən Avropa Şurasının Parlament Assambleyası bu qədər açıq və illərdir davam edən, yüzminlərlə insanın hüquqlarının pozulması ilə müşahidə bir münaqişə, Ermənistanın azərbaycan ərazilərini işğalda saxlaması ilə bağlı təsirli addım atmır? Bu qurumun açıq şəkildə ayrı-seçkilik, ikili standart mərəzindən əl çəkə bilməməsi, Ermənistanın işğalçılıq siyasətini görməzliyə vurması insan hüquq və azadlıqlarının pozulmasına şərait yaratmasından xəbər verir. Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, Prezident İlham Əliyevin dəqiq ifadə etdiyi kimi azərbaycanafobiya nümunəsi olan siyasəti vətəndaş cəmiyyəti institutu olaraq bizdə böyük hiddət yaradır. Dünyada baş verən çoxsaylı polis zorakılığına, dinc aksiya iştirakçılarının öldürülməsinə, qanunsuz yerə kütləvi surətdə həbs edilmələrinə, jurnalistlərin döyülməsinə etirazını bildirməyən Avropa Şurasının ölkəmizə “demokratiya dərsi” keçmək cəhdi ikrah hissi yaradır. Dövlət başçımızın da bildirdiyi kimi, belə qurumlar güclü dövlətlərdən qorxurlar. Ona görə daha da güclü olacağıq və bütün pozulmuş hüquqlarımızı bərpa edəcəyik. Amma heç bir zaman AŞPA kimi ikiüzlü beynəlxalq qurumların Azərbaycana qarşı "müdrük" məsləhətlər verməsinə dözməyəcəyik.
Sosial şəbəkələrdə paylaş: