İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Sinestezi ilə reallığa fərqli bax


Sinestezi ilə reallığa fərqli bax

29-05-2020, 22:40
Oxunma sayı: 1386
Sinestezi ilə reallığa fərqli bax
Gördüyünüz bir yeməyin dadını onu yemədən təxmin edə bilirsiniz, elə deyil ?. Məsələn qarşımızdakı alçadırsa... Onun sulu, turşməzə dadını xəyal edə bilirik. Bəs gördüyünüz bir üçbucaqdırsa ? Ya da bir fəvvarə? Onların “dadını” sadəcə “görməklə” hiss edə bilərsiniz ? Bənzər şəkildə, qızılgülü iylədikdə, bir “iy” almağın yerinə Beethovenin 9-cu simfoniyasını eşitdiyiniz olur ? Bəzi insanlarda olur. Onlar sinesteziya xəstələridir...
Sinestezi ilə reallığa fərqli bax
Sinesteziya sözü yunancadakı sin, yəni “ birlikdə” ilə aisthesis, yəni “ his/duyğu” sözlərinin birləşməsindən yaranmışdır.Adından da göründüyü kimi sinesteziya duyğuların birgə hiss edilməsidir . Nevroloji bir problem olub, hər hansı hissiyyat orqanında əmələ gələn qıcığın yaratdığı refleksin həmin refleksə cavabdeh olan beyin arealı ilə yanaşı başqa bir hissiyyat orqanına aid beyin arealını da aktivləşdirməsi prosesidir.
Ümumilikdə sinesteziyanın 60-dan çox növü olduğu bilinir. Bunlara səs-rəng, qrafik-rəng, səs-toxunma, fərdiləşdirilmiş sinestezi və başqalarını misal göstərmək olar. Məsələn grafik-rəng sinestezisi olan insanlar 7 rəqəmini hər yerdə qırmızı rəngdə görə bilərlər.( Əslində digər insanlar bu rəqəmi nə rəngdə yazılıbsa, o rəngdə görür )
Buna oxşar, çox fərqli nümunələrdən danışmaq mümkündür. Məsələn fərdiləşdirilmiş sinesteziyaya malik şəxslər günləri, ayları, rəqəmləri, illəri müəyyən şəxsiyyətlərlə əlaqələndirirlər. Onlar Z hərfini xoşbəxt, A hərfini hirsli, bazar günlərini dürüst kimi qəbul edə bilərlər.
Sinestezi ilə reallığa fərqli bax
Bu növlərdən bəziləri daha sıx görülərkən, bəzi kombinasiyalara isə nisbətən az hallarda rast gəlinir. Məsələn səs ilə görmə kombinasiyasına sıx rastladığımız halda, dad ilə toxunma kombinasiyasına nadir hallarda rast gəlirik. Buna səbəb isə beynimizdə bu duyğulara özəl olan hissələr arasında yaranan əlaqədir. Məsələn bir yerə baxarkən , həm rəng görüb , həm də o rəngə bağlı səs duyulmağı, beynin rəng hissəsi ilə səs tanımaq hissəsinin çarpaz aktivləşməsinin nəticəsi hesab olunur.
Araşdırmalar göstərir ki, sinesteziya qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Buna görə də , əvvəllər sinesteziyanın X xromosomu vasitəsilə keçdiyi düşünülürdü. Lakin son zamanlarda atadan oğula keçən 2 sinesteziya hadisəsi və bir çox araşdırmalar əsasında bu hipotezin doğru olmadığı təstiqlənmişdir. Sinesteziyanın yaranmasında X xromosomu iştirak etməsə də, bir neçə genin rol oynadığı düşünülür. Bununla yanaşı sonradan yaranan sinesteziyalar da görülür. Bunlar beynin aldığı zərbələr, xəstəliklər və ya müxtəlif kimyəvi maddələrin təsirindən yarana bilər.
Sinesteziya hər zaman beyinlə bağlı araşdırmalarda diqqət mərkəzində olub. Bu insanlar digər beyin xəstəlikləri olan insanlardan fərqli olaraq çox yaradıcı ola bilirlər. Eyni zamanda yaddaş qabiliyyətləri də digər insanlarla müqayisədə güclü olur. ( Daniel Tammet adlı bir şəxs pi ədədinin 22,514 rəqəmini əzbərləyə bilmişdi ) Həmçinin sinestetiklər rəngli görmə sayəsində aşağıdakı şəkildə rəqəmləri digər insanlardan daha tez fərqləndirirlər və s.
Sinestezi ilə reallığa fərqli bax
McMaster universitetinin psixoloqu Daphne Maurer hamımızın sinesteziyaya imkan verən sinir bağlantıları ilə doğa biləcəyimizi deyir, ancaq böyüdükcə çoxumuz bu əlaqələri itiririk.
Həmçinin David Eaglemanda qeyd edir ki, sinestetik olmayanların beynində yazışmalar ola bilər. Sadəcə bunlardan xəbərsizdirlər .
Sinestezi ilə reallığa fərqli bax
Nümunə olaraq , boubo/kiki effekti deyilən bir şeyə işarət edir. Yuxarıdakı iki formadan hansının “boubo” hansının “kiki” olduğunu soruşduqda əksər insan yuvarlaq forma üçün “boubo” , bucaqlı forma üçün “kiki” seçirlər.
Eagleman “bu şəkildə əcdadlarımızın çoxdan təsis etdiyi sinestetik əlaqələr bu gün bildiyimiz daha mücərrəd ifadələrə çevrildi və buna görə metaforların mənası var “ deyə yazır.
Bununla yanaşı bəzi insanlar yuxarıdakı videoya baxdıqda səslər eşidir. Psixoloq Chris Fassnidge bu fenomeni “vizual olaraq ortaya çıxan eşitmə cavabı” ( vEAR) adlandırır. Texniki cəhətdən sinesteziya olmasa da , Fassnidge bunun öyrənilməsi vacib olan bir forma olduğuna inanır.
2008-ci ildə edilən bir araşdırma, vEAR-ın insanların 20-30 faizinə təsir etdiyini göstərir. Lakin laboratoriyada sınaqdan keçirməyə başlamazdan əvvəl bir çox insan bu şeyə sahib olduqlarını dərk etmir.
Bütün bunlar sinesteziya barəsində araşdırmalı, öyrənməli olduğumuz hələ çox şeyin olduğunu bir daha sübut edir. Bəlkə bundan sonra onların “reallıqlarını” başa düşə bildik.

Müəllif: Leyla Nağıyeva

Ədəbiyyat siyahısı:
https://www.medicalnewstoday.com/articles/322807
https://www.nationalgeographic.com/news/2011/11/111123-evolution-brain-synesthesia-taste-colors-sounds-creative-science/
http://gocognitive.net/interviews/there-evolutionary-advantage-having-synesthesia
https://www.mnn.com/health/fitness-well-being/stories/what-is-synesthesia-and-whats-it-like-to-have-it
Sosial şəbəkələrdə paylaş: