Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir23-04-2020, 09:17
Oxunma sayı: 5690
![]() Respublika ərazisində koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Həmçinin xüsusi karantin rejimi dövründə ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öz əksini tapmış və 200 min insan 2 ay müddətində 190 manat birdəfəlik ödəmə almaq üçün qeydiyyatdan keçmişdir. Respublika.info xəbər verir ki, Siyəzən rayonunda da koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması və xüsusi karantin rejimi dövründə yardıma ehtiyacı olan ailələrə yardım edilməsi məqsədilə müxtəlif humanitar tədbirlər həyata keçirilir. Siyəzən Rayon İcra Hakimiyyəti və Siyəzən Rayon Prokurorluğu tərəfindən 50-dən çox ailəyə ərzaq yardımı edilmiş və Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Siyəzən rayonunda COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin dövründə sahibkarlar və digər şəxslər tərəfindən aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan ailələrə humanitar yardımların verilməsinin əlaqələndirilməsi ilə bağlı işçi qrupu yaradılmışdır. İşçi qrupunun təşəbbüsü ilə rayon ərazisində fəaliyyət göstərən sahibkarlar tərəfindən (“ArchiCO” MMC, “Skyscraper Construction” MMC, Bravo supermarketlər şəbəkəsi, “Siyəzən Broyler” ASC, “AzVirt” MMC, “Tibet N” MMC və s. fiziki şəxslər) 900-dən çox tənha, aztəminatlı və yardıma ehtiyacı olan şəxslərə ərzaq payı verilmişdir. ![]() ![]() ![]() ![]() |
Sosial şəbəkələrdə paylaş: