Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu


RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu

17-04-2020, 11:38
Oxunma sayı: 2588
RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu
Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) və Dünya Azərbaycan Mədəniyyət Fondunun (DAMF) prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə aprelin 10-dan Azərbaycan Respublikasının ərazisində xeyriyyə tədbirlərinə start verilib.
İlk yardım və dəstək aksiyası Gözdən Əlillər cəmiyyəti üçün təşkil edilib. Belə ki, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən yataqxanada yaşayan onlarla əlil ailələrə ərzaq və zəruri əşyalarla yardım göstərilib.
Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycan Mədəniyyət Fondu ilə yanaşı “Reaksiya Media Group”un (ReaksiyaTV) da təşkilatçısı olduğu bu xeyriyyə aksiyasında ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, #bizbirlikdəgüclüyük humanitar aksiyası çərçivəsində baş tutan bu çür tədbirlər həftə ərzində Azərbaycanın digər şəhərlərində də davam edəcək.
Nəzərinizə çatdıraq ki, RAİ və DAMF prezidenti Fizuli Məmmədovun və təşkilatın operativ qərargahının atdığı bu addım Azərbaycan Prezidenti İlham Əliyevin dünyadakı epidemioloji vəziyyətlə əlaqədar bütün azərbaycanlıların bir və həmrəy olmaq çağırışına cavabdır.
Qeyd edək ki, iş adamı Füzuli Məmmədov Azərbaycan prezidenti cənab İlham Əliyevin çağırışına qoşularaq koronavirus pandemiyası ilə əlaqədar çətin durumda olan həm Rusiyada yaşayan soydaşlarımıza, həm də aztəminatlı Azərbaycan vətəndaşlarına yardım edib.
Bu günə qədər Dünya Azərbaycan Mədəniyyət Fondu tərəfindən RAİ-nin #bizbirlikdəgüclüyük humanitar aksiyasına təxminən 100 min manata qədər büdcə ayrılıb. Soydaşlarımıza dəstək üçün ayrılan büdcənin bundan sonra da artırılması nəzərədə tutulub
Sosial şəbəkələrdə paylaş: