Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər
Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI “11 aprel seçkiləri onların planlarını alt-üst etdi” 11 aprel seçkiləri onların planlarını alt-üst etdi
MSK seçkilərin ilkin nəticələrini açıqladı: İlham Əliyev 86,7 faiz səs toplayıb Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir" YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirir



» » BSU-da XIV Beynəlxalq tələbə elmi konfransı keçirilib


BSU-da XIV Beynəlxalq tələbə elmi konfransı keçirilib

19-12-2015, 20:23
Oxunma sayı: 808
BSU-da XIV Beynəlxalq tələbə elmi konfransı keçirilib

XIV Beynəlxalq tələbə elmi konfransı keçirilib

18 dekabrda Bakı Slavyan Universitetində (BSU) Dünya azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIV Beynəlxalq tələbə elmi-praktik konfransı keçirilib.

Respublika.info xəbər verir ki.tədbiri açan BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov konfransın mahiyyəti barədə danışıb. Bildirilib ki, konfransın məqsədi müasir dövrdə Azərbaycanşünaslığın inkişafı və dünya ölkələrində Azərbaycan dilinin tədrisi ilə bağlı məsələlərin tədqiqinə cəlb edilməsidir. Tələbə elmi konfransı Bakı Slavyan Universitetində ənənəvi olaraq keçirilir və faktiki olaraq beynəlxalq status qazanıb. Burada təkcə Azərbaycanın deyil, xarici ölkələrin də universitetlərindən tələbələr iştirak edirlər. Tərcümə fakültəsinin təşkil etdiyi konfransı yüksək qiymətləndirən professor Telman Cəfərov vurğulayıb ki, bu, gələcək tərcüməçilərimiz üçün böyük təcrübədir. Konfrans iştirakçılarına elmi fəaliyyətlərində uğular arzulayan prorektor onları qarşıdan gələn Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edib.

BSU-nun Tərcümə fakültəsinin dekanı, dosent Səbinə Tarverdiyeva çıxışında konfransın işi haqqında iştirakçılara ətraflı məlumat verərək bildirib ki, konfransa ümumilikdə 340 elmi tezis daxil olub. Bunlardan 260-ı seçilmişdir. Konfransın işi ənənəvi olaraq “Tərcümə nəzəriyyəsi və tarixi”, “Dilçilik”, “Ədəbiyyatşünaslıq”, “İctimai elmlər və mədəniyyətşünaslıq” bölmələri üzrə aparılır. Dekan vurğulayıb ki, bu ildən “Multikultural dünyada tərcümə” bölməsinin fəaliyyəti də nəzərdə tutulmuşdur. Qeyd edilib ki, konfransa respublikanın aparıcı 9 elm ocaqlarının (Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti), xarici ölkələrin 6 tanınmış universitetlərinin (Moskva Lingvistik Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Kopernik adına Torun Universiteti (Polşa), Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti (Bolqarıstan), Qazaxıstan Beynəlxalq əlaqələr və Dünya dilləri Universiteti, Ukrayna Dövlət Universiteti, Ukraynanın Poltava İqtisad və Ticarət Universiteti və Dağıstan Təhsil və Mədəniyyət Akademiyası) tələbə və magistrantları qatılıb.

Bakı Slavyan Universitetinin Tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva, o cümlədən BSU-nun tələbəsi Təhməzova Ülviyyə, Gəncə Dövlət Universitetindən Kərimova Nigar, Sumqayıt Dövlət Universitetidən Ağayeva Günay öz növbələrində təşkilatçılara minnətdarlıqlarını bildirib, konfransın işinə uğurlar arzulayıblar.
Konfransın gedişində müxtəlif universitetlərin tələbə və magistrantlarının iştirakı ilə elmi diskussiyalar, seminarlar, çıxış etdikləri aktual mövzular ətrafında müzakirələr və fikir mübadilələri aparılıb. Plenar iclasda iştirak edən tələbə və magistrantlar BSU ilə yaxından tanış olublar. Bölmələr üzrə məruzələr dinlənilib, fərqlənən tələbələrə konfransın sonunda rektor tərəfindən diplomlar təqdim edilib.



Sosial şəbəkələrdə paylaş: