İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü


Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü

29-03-2020, 13:51
Oxunma sayı: 1607
Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü
“Bəşəriyyət, o cümlədən də Azərbaycan xalqı çox ciddi sınaq qarşısındadır. Taclı virusun yaratdığı epidemiyaya qarşı Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi altında dünya dövlətləri mübarizə aparırlar. Azərbaycan Respublikası da ilk gündən bu məsələdə çox ciddi tədbirlər həyata keçirir. Dövlət qurumlarının gördüyü işlərə, qəbul etdiyi qərarlara QHT-lərin, könüllülərin, medianın böyük dəstəyi ola bilər”.

Bunu Müasir İnkişaf İctimai Birliyinin sədri, dialoq. info saytının baş redaktoru Mübariz Göyüşlü deyib.

QHT sədri hesab edir ki, ictimai fəallar əhalini evdə qalmağa, özünü və yaxınlarını bu yolla qorumağa təşviq etməlidir: “Bu işi daha çox internet üzərindən etməliyik. O cümlədən əyani vasitələrlə də təbliğatı aparmalıyıq. Könüllülər 65 yaşdan yuxarı olan insanların zəruri şeylərlə təminatına dəstək ola bilərlər. Bununla yanaşı evdə qalan əhalinin durumunun yaxşılaşdırılması istiqamətində də dövlət qurumlarına təkliflər təqdim edilməlidir. İxtisaslaşmış, peşəkar QHT təmsilçilərinin hazırda belə təkliflərlə çıxış etməsinə ciddi ehtiyac var. Könüllülər hərəkatı genişlənməlidir. Bu çətin gündə QHT-lər, jurnalistlər və könüllülər dövlət qurumları ilə əhali arasında vasitəçi olmalı, birlikdə bu bəladan yaxa qurtarmaq üçün "Biz birlikdə güclüyük" şüarı altında mübarizə aparmalıdır”.
Sosial şəbəkələrdə paylaş: