Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib


Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib

19-02-2020, 20:28
Oxunma sayı: 386
Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramlarının həyata keçirilməsi ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ucar rayonunda seminar-müşavirə keçirilib.

19 fevral 2020-ci il tarixində Ucar rayon Heydər Əliyev Mərkəzində təşkil olunan maarifləndirmə tədbirində Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəvanə Məmmədova, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin UYYGB-nin müdiri İqbal Səfərova, Respublika GEM-in həkim-gigiyenisti Narınc Orucova, RİH-nin humanitar şöbəsinin əməkdaşı Abutalib Mikayılov, GİİYİB-nin sədri Kazım Məmmədov , DQDK-nin əməkdaşı Rauf Nəsirov, ümumtəhsil orta məktəblərinin və məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri, tibb işçiləri, mətbuat nümayəndələri və Ucar GEM-nin tibb işçiləri iştirak ediblər.

Tədbiri Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəvanə Məmmədova açaraq qonaqları salamlayıb, ölkə rəhbəri tərəfindən uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsi ilə bağlı verilən qanunların icrası, Səhiyyə Nazirliyinin Strateji planının qeyri infeksion xəstəliklərlə mübarizə barədə ətraflı məlumat verib.
Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin UYYGB-nin müdiri İqbal Səfərova məruzə edərək uşaq və yeniyetmələrdə profilaktik tibbi müayinələrin yaxşılaşdırılması, təhsil müəssisələrində su təminatın yaxşılaşdırılması , məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzi, tütün çəkmənin, spirtli içkilərin və narkomaniyanın zərərləri barədə məlumat verib.

Respublika GEM-in həkim-gigiyenisti Narınc Orucova qida məhsullarının istifadəsi, təhsil müəssisələrində qidalanmaya nəzarət edilməsi, sanitariya-gigiyena qaydalarının və əksepidemik rejimin gözlənilməsi barədə çıxış edib. GİİYİB-nin sədri Kazım Məmmədov “Azərbaycan 2020gələcəyə baxış “ İnkişaf Konsepsiyası ilə bağlı çıxış etdi. DQDK-nin əməkdaşı Rauf Nəsirov Zərərli vərdişlərə qarşı birgə mübarizədən danışıb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara maarifləndirici kitabçalar paylanılıb.

Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçiribUcar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Sosial şəbəkələrdə paylaş: