İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi


Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi

18-02-2020, 12:25
Oxunma sayı: 2415
"Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 13-cü qrant müsabiqəsi üzrə Tovuz rayonunun fəal gənclərindən olan Qurbanova Fatma Rauf qızı tərəfindən icra edilən “Gənc müəllimlər arasında qeyri-formal təhsil və innovativ tədris metodlarının təbliği” layihəsi çərçivəsində Tovuz rayonu və ətraf kəndlərdə fəaliyyət göstərən gənc müəllimlər üçün Tovuz Gənclər Evində 15 və 16 fevral 2020-ci il tarixlərində 2 günlük təlim proqramı həyata keçirilib. Təlimdə xüsusi müraciət forması əsasına seçilmiş 25 nəfər gənc iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fatma Qurbanova Azərbaycan Gənclər Fondu və Fondun fəaliyyət istiqamətləri haqqında qeydlər etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların layihədən əldə edəcəkləri bilik və bacarıqları diqqətə çatdırıb. Tədbirdə iştirak edən Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov ölkədə həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərini iştirakçılarla bölüşüb. O, gənc müəllimlərin cari təhsil sistemimizdəki önəmli rolundan və bunun gətirəcəyi üstünlüklərdən bəhs edib.

10 ildən artıq təcrübəyə malik karyera məsləhətçisi, təlimçi və kouç Toğrul Ələkbərov təlimin 1-ci və 2-ci günü "Formal və qeyri-formal təhsil metodlarının fərqi", "Qeyri-formal təhsilin təməl prinsipləri və tətbiqi", "Təhsil sistemi və əmək bazarı", "Şagirdlərin dərsə olan marağının artırılması", "Dərs prosesinin effektiv idarə edilməsi", "İnnovativ tədris metodları ilə tanışlıq", "İnnovativ tədris metodlarının üstünlüyü" kimi mövzularda təlim iştirakçılarını məlumatlandırıb, iştirakçılara uğurlu nümunələr göstərib və qrup işləri təşkil edilib.

Tədbirin sonunda təlimin qiymətləndirilməsi aparılıb, iştirakçılardan Orxan Əhmədov, Səhər İmamverdiyeva, Azər Babayev, Türkanə Alıyeva və digər gənclər təlimi yüksək qiymətləndirib, layihənin həyata keçirilməsinin gənclər üçün çox vacib olduğunu dilə gətiriblər. Belə bir layihənin icrası üçün Azərbaycan Gənclər Fonduna, layihə rəhbəri və təlimçiyə təşəkkürlərini bildiriblər. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib və üzərində AzGF loqosu və layihənin adı yazılmış USB yaddaş kartları hədiyyə edilib.

Bu layihənin məqsədi gənc müəllimlərə formal təhsil sistemində qeyri-formal təhsil sistemi metodlarının tətbiq edilməsinin mümkün aspektlərini nümayiş etdirmək, həmçinin bu sahədə nəzəri və praktiki biliklər əldə etmələrini təmin etməkdir."

Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildiTovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildiTovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildiTovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi
Sosial şəbəkələrdə paylaş: