Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.


91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.

13-02-2020, 17:01
Oxunma sayı: 1239
91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Namizəd bu seçki dairəsində baş verən kütləvi seçki saxtakarlığından və qanun pozuntuları ilə bağlı MSK sədri Məzahir Pənahova müraciət edib. O, müraciətində 91 saylı seçki dairəsinin nəticələrinin ləğv edilməsinin vacibliyinin labüd olduğunu və MSK-ya saxtakarlığı sübut edəcək foto və video çəkilişləri təqdim etdiyini qeyd edib.
Bəyanatı olduğu kimi təqdim edirik:
Mən 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə demokratiyanın bərqərar olunması, məmurların özbaşınalıqlarının qarşısının alınması, şəffaf və demokratik seçkilərin keçirilməsinin təmin olunması istiqamətinqə apardığı islahatlara güvənərək və gənclərin bu seçkilərdə iştirakı ilə bağlı çağırışa qoşularaq 9 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar Parlament seçkilərində iştirak etdim. Lakin təəsüf hissi ilə bildirirəm ki, hələ təbliğat-təşviqat kompaniyasının başladığı ilk gündən yaradılmış qeyri şəffaf mühit 9 fevral 2020 - ci il tarixində keçirilən seçki günü pik həddə çatdı. Seçkinin gedişatında aktiv müşahidələrimiz nəticəsində foto və vodeo faktlarla qeydə aldığımız ciddi qanun pozuntuları - karusellər, topa şəkildə bülletenlərin seçki qutularına atılması, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə səsvermədə iştirakı, bülletenlərin sayılması prosesindən müşahidəçilərin kənarlaşdırılması, protokollarda sayların YAP namizədi xeyrinə şişirdilərək həqiqi göstəricilərdən uzaqlaşdırılması, seçki məntəqəsinin ərazisində qeydiyyatı olmayan seçicilərin digər məntəqələrdə səs verməsi, 4 və 8 saylı məntəqə istisna olmaqla istifadə olunmamış bülletenlərin sayılaraq ləğv edilməməsi, məntəqəyə girən seçiciyə üçüncüyə səs verin kimi sözlərlə seçimə təsir göstərilməsi, protokolların sürətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları aşkar olunmuşdur. Hesab edirəm ki, bütün bu kimi qanun pozuntuları cənab Prezidentin demokratiyanın bərqərar olunması, məmurların özbaşınalıqlarının qarşısının alınması, şəffaf və demokratik seçkilərin keçirilməsinin təmin olunması istiqamətinqə apardığı islahatlara kölgə salmaqdır, ictimaiyyətin inamını qırmaqdır.
Ucar rayonu 91 saylı DSK–da baş vermiş qanuna zidd hərəkətlər nəticəsində seçki saxtakarlığı baş verildiyini və həmin saxtakarlıqla nəticələrin düzgün olmadığını nəzərə alaraq 91 saylı Ucar DSK-nın nəticələrinin ləğv edilməyini və qanun pozuntusuna yol vermiş DSK və məntəqə üzvlərinin məsuliyyətə cəlb olunmasını xahiş edirəm.
Qeyd etmək istəyirəm ki, sadalanan bütün saxtakarlıq faktları, qanuna zidd olan bütün hərəkətlər və hərəkətsizliklər foto və video vasitəsilə qeydə alınmışdır və MSK-ya təqdim olunmuşdur.
Sosial şəbəkələrdə paylaş: