“Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir!
Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.



» » Sumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə yekun vuruldu


Sumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə yekun vuruldu

2-02-2020, 12:00
Oxunma sayı: 135
Sumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə yekun vuruldu
29 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Gənclər Evində “Gənci-Nihan mənəm” layihəsi çərçivəsində II, sonuncu bədii qiraət müsabiqəsi təşkil edilmişdir.
Tədbirdə çıxış edən layihə rəhbəri, gənc şair Əliyar Rəfiyev layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, müsabiqənin Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığına həsr edildiyini qeyd etmiş, məqsədin Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliği, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənmək olduğunu bildirmişdir.
Digər çıxış edənlər şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Lilpar Cəmşidqızı, şair-qəzəlxan Mahir Məmmədov, Samir Hacı və layihə kordinatoru Əli Miriyev bildirdilər ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ SSRİ dövründə Bakıda şairin abidəsi ucaldılmış, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülmüş, Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamları isə bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin əyani göstəricisidir.
Müsabiqə seçilmiş şeirlərin məzmuna uyğunluğu, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta riayət edilmə kimi meyarlar nəzərə almaqla keçirilmişdir. Yekunda münsiflər heyətinin qərarına əsasən I yerə Xəlilova Roza, II yerə Qafarova İlahə, III yerə isə Əliyev Tərlan layiq görülüb. Sonda qaliblərə sertifikat və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim edilmişdir.
Sumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə yekun vurulduSumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə yekun vurulduSumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə yekun vurulduSumqayıtda “Gənci-Nihan mənəm” layihəsinə yekun vuruldu
Sosial şəbəkələrdə paylaş: