“Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir!
Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.



» » Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI


Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI

3-02-2020, 11:30
Oxunma sayı: 292
Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI
Azərbaycan xalqı növbəti bir seçim ərəfəsindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 9 fevral 2020-ci il tarixdə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Hazırda bu proses beynəlxalq və yerli müşahidəçilər tərəfindən ciddi şəkildə izlənilməkdədir. Hesab edirik ki, 9 fevral 2020-ci il tarixi ölkəmiz və xalqımız üçün demokratiya, azad və ədalətli seçkilər baxımından növbəti imtahan olacaq.

Müvafiq seçki komissiyalarının, deputatlığa namizədlərin, aparıcı siyasi partiyaların, ictimai təşkilatların, medianın, sosial şəbəkələrin, o cümlədən aktiv vətəndaşların fəaliyyəti nəticəsində seçki yarışı davam edir. Bir sıra dairələrdən narahatedici xəbərlər gəlsə də (rəqiblərin bir-birinə qarşı “qara piar” aparması, seçicilərin qadağan olunmuş üsullarla yönləndirilməsi, namizədlərə təzyiqlərin olması, inzibati qurumların seçki prosesinə yolverilməz müdaxiləsi və s.) hələlik prosesin əsasən demokratik prinsiplərə uyğun şəkildə getdiyini bəyan etmək olar. Bu əhəmiyyətli prosesə kölgə sala biləcək ən arzuolunmaz məsələ insanların seçkiyə marağının az olmasıdır. Problemin həlli isə aidiyyatı qurumların, deputatlığa namizədlərin fəallığından və qanunlara sadiqliyindən çox asılıdır.

Azərbaycan Vətəndaş Hərəkatı olaraq Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin demokratik, azad, ədalətli olması, seçici fəallığı şəraitində keçməsi üçün dəstək verməyə, müvafiq qurumlarla, beynəlxalq və yerli təşkilatlarla, media ilə əməkdaşlıq etməyə hazırıq. Çünki bu ümummilli prosesdə baş verə biləcək hər hansı bir ciddi problem dövlətimizə çətin anlar yaşada, gələcək inkişafımızda maneələr yarada bilər. 9 fevral 2020-ci il tarixinə sayılı günlər qaldığı bir dönəmdə Hərəkat olaraq ümid edirik ki, seçkilər azad, ədalətli və şəffaf keçiriləcək, xalqımız demokratiya sınağından uğurla çıxacaq.

Bakı şəhəri, 3 fevral 2020-ci il

QEYD: Azərbaycan Vətəndaş Hərəkatının əsası bir neçə qeyri-hökumət təşkilatı və ziyalı tərəfindən qoyulub. 14 aprel 2019-cu ildə Hərəkatın Təşəbbüs Qrupu yaradılıb. 11 yanvar 2020-ci il tarixində Hərəkat təsis olunub və Məclisi, İdarə Heyəti üzvləri (Hacı Həsənov, Azər Həsənsoy, Mübariz Göyüşlü, Anar Turan, Vüsal Hətəmov, Aydın Allahverdiyev, Anar Nəsibov) seçilib. İdarə Heyətinin ilk iclasında İcraçı Direktor (Mübariz Göyüşlü) seçilib. Hərəkatın məqsədi Azərbaycan vətəndaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönəlmiş fəallığını dəstəkləmək, onu daha da artırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qorumaq, həmçinin vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır.
Sosial şəbəkələrdə paylaş: