Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI



» » Sumqayıtda “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vuruldu


Sumqayıtda “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vuruldu

29-01-2020, 22:30
Oxunma sayı: 168
Sumqayıtda “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vuruldu
28 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinin III və son mərhələsi Sumqayıt Gənclər Evində icra olunmuşdur. Qeyd edək ki, layihənin ilk 2 mərhələsi Xızı və Siyəzən rayonunda keçirilib.
Tədbirdə layihə rəhbəri Əli Miriyev çıxış edərək layihənin Gənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, məqsədin Qarabağ ərazisində olan və münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatları gənclər arasında təbliğ etmək və informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq olduğunu vurğulamışdır. Bildirildi ki, bu istiqamətdə ən gözəl nümunə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyasıdır.
Layihə kordinatoru Əliyar Rəfiyev çıxışında layihənin əhəmiyyətindən, tarix boyu ermənilərin vətənimizə qarşı işğal siyasətindən, törədilən vəhşiliklərdən danışmış, dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmaması üçün gənclərin maarifləndirməsi və təbliğat işinin sürətləndirilməsinin vacibliyini qeyd etmişdir.
Daha sonra erməni işğalı nəticəsində məhv edilmiş və saxtalaşdırılmış mədəni irsimiz haqqında elektron təqdimat edilmiş, məlumatların paylaşılması, göndərilməsi məqsədilə müvafiq həştaq və beynəlxlaq təşkilatların elektron ünvanları iştirakçılara çatdırılmış və maarifləndirici bukletlər paylanılmışdır.
Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Sumqayıtda “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vurulduSumqayıtda “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vurulduSumqayıtda “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinə yekun vuruldu
Sosial şəbəkələrdə paylaş: