Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI



» » İran Ukrayna sərnişin təyyarəsini vurulması ilə bağlı yeni versiya irəli sürüldü


İran Ukrayna sərnişin təyyarəsini vurulması ilə bağlı yeni versiya irəli sürüldü

26-01-2020, 01:07
Oxunma sayı: 197
İran Ukrayna sərnişin təyyarəsini vurulması ilə bağlı yeni versiya irəli sürüldüUkrayna Beynəlxalq hava tyollarına məxsus “Boeing 737-800” təyyarəsinin İran səmasında ölkənin hərbi-hava qüvvələri tərəfidən vurulması rəsmi Tehranı olduqca pis vəziyyətə salıb.

İndi İranda insidentlə bağlı müxtəlif maraqlı versilyalar səsləndirilir.

Yeni mülahizələrdən biri də təyyarənin kodunun radarda itirilməsidir. İran Məclisinin deputatı Əhməd Əlirzabeyginin fikrincə bu konkret olaraq kənardan edilən müdaxilə ilə mümkün ola bilər.

“İstisna deyil ki, bu işdə ABŞ-ın barmağı var. İran İslam Keşikçiləri Korpusunda (İİKK) qeyri-peşəkarlar oturmurlar. Ona görə də təyyarənin kodunu elə havada kompüterlərdə itməsi ehtimalı olduqca qüvvətlidir. Bundan başqa həmin təyyarəni müəyyən məsafədən də idarə etmək mümkündür”,-deyə İran millət vəkili Rusiyanın “lenta.ru” saytına müsahibəsində bildirib.

Hər bir halda iranlı deputat hadisənin təhqiqatının nəticələrini gözləməyin vacib, habelə rəsmi Tehranın həlak olanların ailələrinə təzminat ödəməli olduğunu söyləyib.

Qeyd etmək lazımdır ki, İİKK bu ilin yanvar ayının 11-də “Ukrayna beynəlxalq hava yolları”na aid “Boeing” təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb. Korpusun aerokosmik hava qüvvələrinin komandanı general Əmir-Əli Hacızadə zenit-raket kompleksinin sərnişin təyyarəsini əvvəlcə düşmən obyekti kimi qeydə aldığını, rabitənin pozulması səbəbindən operatorun koandanlıqla əlaqə qura bilmədiyini, nəticədə hədəfə hücum qərarı verildiyini söyləyib.

İran hökuməti rəsmi Kiyevə üzrxahlığını çatdırıb və günahkarlaırn məsuliyyət cəlb olunacağını , habelə ölənlərin yaxınlarına təzminat ödəniləcəyini bəyan edib.
Sosial şəbəkələrdə paylaş: