Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI



» » Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşılayıb


Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşılayıb

26-01-2020, 01:05
Oxunma sayı: 101
Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşılayıbBu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev Naxçıvani küçəsinin sakinləri ilə görüş keçirib. Görüşdə 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri olan şair Zakir Fəxri, akademik Hətəm Quliyev, Qarabağ qazisi polkovnik İntiqam Mirzəyev, maestro Ceyhun İsmayılov və digər tanınmış şəxslər çıxış edib.

Seçicilərin hərarətlə qarşıladığı Azay Quliyev ötən 4 ildə ona ünvanlanan müraciətlərin hamısını diqqətdə saxladığını deyib və onların həlli üçün gördüyü işlər barədə hesabat verib. Azay Quliyev ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsində tətbiq olunan seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti və vətəndaşlar üçün yaratdığı üstünlüklər haqqında danışıb.

Daha sonra seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların həlli üçün müvafiq addımlar atacağını bildirib. Azay Quliyev seçki qərargahının ofisinin hər gün tezdəndən axşamadək açıq olduğunu və bütün müraciətlərin könüllülər tərəfindən e-kabinetdə qeydiyyata alındığını vurğulayıb. Azay Quliyev seçicilərin ona göstərdiyi etimadı bundan sonra da doğruldacağını bildirib.

Şair, publisist Zakir Fəxri Azay Quliyevin beynəlxalq təşkilatlarda Qarabağla bağlı gördüyü işlərin böyük əhəmiyyətə malik olduğunu deyib. Z. Fəxri seçicilərini ləyaqətli təmsil edən Azay Quliyevə yenidən səs verəcəklərini bildirib.

Akademik Hətəm Quliyev Azay Quliyevin deputat fəaliyyətini yüksək qiymətləndirdiklərini və 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicisi olan ziyalıların fevralın 9-da böyük həvəslə ona səs verəcəklərini deyib. Akademik e-kabinetin tətbiqinin deputat-seçici münasibətlərində inqilabi yenilik olduğunu bildirib.
[img=left]https://scontent.fgyd12-1.fna.fbcdn.net/v/t1.0-0/p640x640/83753215_2695518737222972_279182228678770688_o.jpg?_nc_cat=110&_nc_oc=AQkE-aenoU2HDQ69SMzBVIIFFznuYNNay-ZSVXmt1YGvhSPV5omPqQKCw3kmN7s5cx4&_nc_ht=scontent.fgyd12-1.fna&_nc_tp=6&oh=97d9cad21d767853b641dde9224fcc17&oe=5E90C831[/img]
[img=left]https://scontent.fgyd12-1.fna.fbcdn.net/v/t1.0-0/p640x640/84504487_2695518783889634_9035093091643555840_o.jpg?_nc_cat=106&_nc_oc=AQmDn6TyLTWDzD-q4AtvC8QjfbCnNB-7m6wIO2aS79c_6eANKDMZ4dngwK-Yi7c2QcA&_nc_ht=scontent.fgyd12-1.fna&_nc_tp=6&oh=aa2a487698ebead21fcdf69ad99c0a4d&oe=5ECB4863[/img]
Sosial şəbəkələrdə paylaş: