Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI



» » Azərbaycanlı tələbələr Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə olunur -Nazirlər Kabineti


Azərbaycanlı tələbələr Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə olunur -Nazirlər Kabineti

26-01-2020, 01:03
Oxunma sayı: 100
Azərbaycanlı tələbələr Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə olunur -Nazirlər KabinetiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bu gün Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını Naxçıvana aparmaq üçün 3 avtobus ayrılıb.

Elazığdan çıxan və əsasən tələbələrin olduğu birinci avtobus Naxçıvan sərhədi istiqamətində yola çıxıb, hazırda Ərzurumu keçərək Naxçıvanla sərhədə yaxınlaşır. Elazığ və Malatyadan ümumilikdə 41 nəfəri götürən ikinci avtobus hazırda Bingölü keçib.

Naxçıvandan zəlzələ zonasına göndərilən üçüncü avtobus isə hazırda İğdırdadır və 1 saata Elazığda olacaq. Üçüncü avtobusla Elazığda qalan 15-ə qədər Azərbaycan vətəndaşı Naxçıvana gətiriləcək.

Tələbələr Prezident İlham Əliyevə göstərdiyi qayğı və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Avtobusla Naxçıvana gətiriləcək tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər.

Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının rəhbərliyi məsələni diqqətdə saxlayacaq
Sosial şəbəkələrdə paylaş: