Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI



» » Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib


Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib

19-01-2020, 22:49
Oxunma sayı: 296
Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib
18 yanvar 2020-ci il tarixdə 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun qərargahda seçicilərlə ilk görüşü keçirilib.
Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib
Azərbaycanın Dövlət himninin səslənməsindən sonra tədbirdə ilk olaraq “Soydaş” təşkilatının rəhbəri, deputatlığa namizədin Seçki Qərargahının sədri Kamran Ramazanlı çıxış edərək deputatlığa namizəd, hüquqşünas Mustafayev Elnur Akif oğlu haqqında məlumat verib. K.Ramazanlı təbliğat-təşviqat mərhələsi zamanı aktiv bir kampaniya həyata keçirəcəklərini, hər bir seçiciylə görüşəcəklərini, namizədin platforması haqqında hər kəsi məlumatlandıracaqlarını qeyd edib. O, deputatlığa namizədin bu günə qədər gördüyü işlərdən bəhs edərək onun Milli Məclisdə seçiciləri təmsil etməyə layiq olduğunu söyləyərək hər kəsi 9 fevral 2020-ci il tarixdə Mustafayev Elnur Akif oğluna səs verməyə çağırıb.
Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib
Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlu Prezident İlham Əliyevin islahat siyasətindən, gəncləri məsul vəzifələrə təyin etməsindən söz açıb. O, dövlət başçısının gənclərə yönəlik mesajlarından ruhlandıqlarını və seçki prosesinə qoşulduqlarını dilə gətirib. Elnur Mustafayev seçildikdən sonra görəcəyi işlərlə bağlı geniş çıxış edib. O, deputat olacağı təqdirdə 24 saylı Nizami birinci seçki dairəsinin seçicilərinin maraqlarını qoruyacağını, onların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşacağını bildirib. O, Nizami rayonunda təhsil, səhiyyə, təmir-tikinti, ekologiya, idman, mədəniyyət və s. sahələrdə görəcəyi işlər haqqında, Platformasında bu istiqamətdə qeyd olunan məqamlarla bağlı ətraflı çıxış edib. Elnur Mustafayev gənclərə, müharibə veteranlarına, şəhid ailələrinə, imkansız ailələrə, yeniyetmə və uşaqlara, qadınlara və digər şəxslərə diqqət və qayğıyla yanaşacağını bəyan edib.
Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib
Şair Ziyatxan Budaq Azərbaycanın demokratik yolla inkişaf etdiyini, seçkilərin ölkənin gələcək inkişafında mühüm rol oynayacağını açıqlayıb. Şair deputatlığa namizəd Elnur Mustafayev haqqında danışaraq onun perspektivli bir gənc olduğunu, daim insanlara, cəmiyyətə faydalı çalışmalar həyata keçirdiyini vurğulayıb. Ziyatxan Budaq hər kəsi Mustafayev Elnur Akif oğlunu dəstəkləməyə çağırıb.
Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib
Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçki qərargahının operativ çalışdığını söyləyib. Mübariz Göyüşlü Prezident İlham Əliyevin və dövlətin ali siyasi rəhbərliyində təmsil olunan digər şəxslərin seçkilərin demokratik keçiriləcəyi ilə bağlı bəyanatlarını xatırladaraq namizədləri ciddi bir seçki yarışının gözlədiyini deyib. O, Mustafayev Elnur Akif oğlunun seçkilərdə qalib gələcəyinə və deputat seçiləcəyinə inandığını da dilə gətirib.
Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Abbas Guvalov deputatlığa namizəd Mustafayev Elnur Akif oğlu haqqında danışarkən onu “bizim dərdlərimizi aidiyyatı qurumlara çatdıra biləcək şəxs” kimi xarakterizə edib. Professor Abbas Guvalov namizədin seçiləcəyi təqdirdə verdiyi vədləri yerinə yetirmək imkanına malik bir şəxs olduğunu vurğulayıb. Çıxışının sonunda hər kəsi 9 fevral 2020-ci il tarixdə Mustafayev Elnur Akif oğluna səs verməyə çağırıb.
Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib
BDU Hüquq fakültəsinin müəllimi Polad Mehdiyev Mustafayev Elnur Akif oğlunun hüquqşunas fəaliyyətini təqdir etdiyini söyləyib. O, hər kəsi 9 fevralda seçki məntəqəsinə getməyə və Elnur Mustafayevə səs verməyə çağırıb.

Sonda seçicilərdən Süleyman Səmədoğlu, Qəşəm Həsənov, Zahid Yolçuyev, Saleh Ayvazov, Aydın Veysəlov, Əlimcan Bayramov və digərləri təklif və qeydlərini, arzu və istəklərini çatdırıblar. Eyni zamanda çıxışçılar namizədə müxtəlif məsələlərlə bağlı ünvanladıqları suallara da onları qane edən cavablar alıblar.
Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib
Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilibDeputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilibDeputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilibDeputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilibDeputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilibDeputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilibDeputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilibDeputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilibDeputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilibDeputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib
Sosial şəbəkələrdə paylaş: