Sumqayıtda “İctimai davranış qaydalarının gənclərə təşviq edilməsi” layihəsinin ilk mərhələsi icra olundu Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu
Mənim səsim – mənim gələcəyimdir” adlı layihə yekunlaşdı Daha bir ictimai fəal deputatlığa namizəd oldu “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu Məşhur Vəkil Adəm Məmmədov Milli Məclis seçkilərinə Zərdab rayonundan namizədliyini irəli sürdü
Asim Vəliyev Seçki ilə bağlı sərt açıqlama yaydı. "Utanın..!" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti - layihə (EPIC) layihəsi Mingəçevir şəhərində açılış mərasimini təşkil olunmuşdur. Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı



» » “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu


“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu

14-01-2020, 00:20
Oxunma sayı: 163
 “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Siyəzən rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinin II mərhələsi Siyəzən Gənclər Mərkəzində icra olundu.
Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov çıxış edərək iştirakçıları salamlamış,layihənin əhəmiyyətindən, tarix boyu ermənilərin vətənimizə qarşı işğal siyasətindən, törədilən vəhşiliklərdən danışmış, dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmaması üçün gənclərin maarifləndirməsi və təbliğat işinin sürətləndirilməsinin vacibliyini vurğulamışdır. N. Məmmədov qeyd etdi ki, bu gün ölkənin müdafiəsi müasir texnologiyalar əsasında durmadan inkişaf edir ona görə də Qafqazın ən güclüordusu hesab edilən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir.
Layihə rəhbəri Əli Miriyev çıxışında layihənin AzərbaycanGənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, məqsədin Qarabağ ərazisində olan və münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatları gənclər arasında təbliğ etmək və informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edərək dünya ictimaiyyətinə çatdırmaqdır. Bildirildi ki, bu istiqamətdə ən gözəl nümunə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü iləbaşlanan"Xocalıya ədalət" kampaniyasıdır.
Daha sonra layihə təlimatçısı tərəfindən erməni işğalı nəticəsində məhv edilmiş və saxtalaşdırılmış mədəni irsimiz haqqında elektron təqdimat edilmiş, məlumatların paylaşılması, göndərilməsi məqsədilə müvafiq həştaq və beynəlxlaq təşkilatların elektron ünvanlarıiştirakçılara çatdırılmış və maarifləndirici bukletlər paylanılmışdır.

Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
 “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu
Sosial şəbəkələrdə paylaş: