Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » Daha bir ictimai fəal deputatlığa namizəd oldu


Daha bir ictimai fəal deputatlığa namizəd oldu

13-01-2020, 22:42
Oxunma sayı: 714
Daha bir ictimai fəal deputatlığa namizəd oldu
9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində bir çox ictimai fəal deputatlığa namizdəliyini irəli sürüb. Seçkilərdə iştirak üçün müraciət edən şəxslərin bir çoxunun namizədliyi təsdiq olunub. Onlar arasında tanınmış ictimai fəal, “Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru, Qida Təhlükəsizliyi Hərəkatının həmtəsisçisi Məhsəti xanım Hüseynova da var.
M.Hüseynovanın namizədliyi 20 saylı Nərimanov 2-ci Seçki Dairəsindən qeyd alınıb. Bu barədə məlumatı namizəd sosial şəbəkə hesabında paylaşıb: “Bu işdə mənə sözləri ilə mənəvi dəstək olan yaxınlarıma, imza verən, imza toplamağa yardım edən hər kəsə minnətdarlığımı bildirirəm! İndi isə işə davam edərək növbəti mərhələyə keçirik”.
Məhsəti Hüseynova bildirib ki, artıq müşahidəçilər, vəkillər, könüllülər, ümumilikdə komanda formalaşmaqdadır: “Özünü komandamızda görən, hər hansı bir formada köməyi dəyə biləcəyini düşünən hər kəsi yanımda görməyə şad olacam!”
Namizəd qeyd edib ki, nəticədən asılı olmayaraq Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artması üçün əlindən gələni əsirgəməyəcək:
“Nəticə nə olur olsun, mən yoluma davam edəcəm, hər hansı sahədə çalışmağımdan asılı olmayaraq daima xalqımızın sağlamlığı və xoşbəxliyi üçün, müstəqil Azərbaycanımın çiçəklənməsi üçün,dünyada nüfuzunun artması və ən yaxşı səviyyədə tanınması üçün əlimdən gələni etdiyim kimi yenə də edəcəyəm.
Çünki mən müstəqil Azərbaycanlı olduğum üçün həqiqətən də fəxr edirəm Azərbaycanımı sevirəm.”
M.Hüseynova Azərbaycan Prezidentinin növbədənkənar parlament seçkilərində gənclərin faəl iştirak etmələrinə çağırışını yüksək qiymətləndirib və ölkə başçısına təşəkkürünü bildirib: “Bir daha cənab Prezidentimiz İlham Əliyevə bu gözəl şəraiti biz gənclərə yaratdığı üçün şəxsən öz adımdan və istedadlı gənclər adından təşəkkür edirəm. Azərbaycan gəncləri daim Prezidentinin yanında olub, dövlət başçısının bütün çağırışlarında onun yanında olub və bu proses bundan sonra da belə olacaq.Hər şey AzərbaycanınSağlamlığı və Xoşbəxtliyi üçün!”
Sosial şəbəkələrdə paylaş: