Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu


“Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu

10-01-2020, 20:59
Oxunma sayı: 584
 “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Xızı rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsinin ilk mərhələsi 09 yanvar 2020-ci il tarixində Heydər Əliyev Mərkəzində icra olundu.
Layihənin açılışında çıxış edən İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun İsgəndərov layihənin əhəmiyyətindən, ermənilərin doğma yurdumuza qarşı məkirli işğal siyasətindən, törədilən vəhşiliklərdən danışmış, dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmaması üçün gənclərin maarifləndirməsi və təbliğat işinin sürətləndirilməsinin vacibliyini vurğuladı. Qeyd olundu ki, bu gün ölkənin müdafiəsi müasir texnologiyalar əsasında durmadan inkişaf edir ona görə də Qafqazın ən güclüordusu hesab edilən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir.
Layihə rəhbəri Əli Miriyev çıxışında layihənin AzərbaycanGənclər Fondunun XIII qrant müsabiqəsində qalib olduğunu, məqsədin Qarabağ ərazisində olan və münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında məlumatları gənclər arasında təbliğ etmək və informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edərək dünya ictimaiyyətinə çatdırmaq olduğunu qyed etmişdir. Bildirildi ki, bu istiqamətdə ən gözəl nümunə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü iləbaşlanan"Xocalıya ədalət" kampaniyasıdır. Ə.Miriyev çıxışının sonunda yaradılan şəraitə görə rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Daha sonra layihə təlimatçısı tərəfindən erməni işğalı nəticəsində məhv edilmiş və saxtalaşdırılmış mədəni irsimiz haqqında elektron təqdimat edilmiş, məlumatların paylaşılması, göndərilməsi məqsədilə müvafiq həştaq və beynəlxlaq təşkilatların elektron ünvanlarıiştirakçılara çatdırılmış və maarifləndirici bukletlər paylanılmışdır.

Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
 “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu
Sosial şəbəkələrdə paylaş: