Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib.


Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib.

11-12-2019, 22:25
Oxunma sayı: 373
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi çərçivəsində 25 noyabr -10 dekabr tarixlərində Bərdə rayonunda “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı 16 günlük aktivizm” başlıqlı silsilə təlimlər həyata keçirib.

BMT Baş Assambleyasının 7 fevral 2000-ci il tarixli qətnaməsi ilə 25 noyabr “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd edilir. Məhs bu gün münasibətilə hər il dünyanın bir çox ölkəsində maarifləndirmə məqsədilə minlərlə tədbirlər, təlimlər, seminarlar və flashmoblar həyata keçirilir.

Bununla bağlı, Ağdam rayon 1 və 3 saylı, Kəlbəcər rayon 79 saylı məcburi köçkün, Zümürxan kənd və Muğanlı kənd tam orta məktəblərində, 588 və 866 saylı qəsəbələrdə “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı 16 günlük aktivizm” çərçivəsində maarifləndirici təlim sessiyaları baş tutub. Eyni zamanda, aksiya çərçivəsində Ağdam rayon Muğam Mərkəzində Human Fondunun təşkil etdiyi “YOU CAN (SƏN BACARARSAN)” adlı tədbirində Bərdə rayonundan da iştirakçılar qoşulub. Tədbir həyatın maneələrinə baxmayaraq, uğur qazanmış qadınların çıxışlarından ibarət olub.

Bərdə rayon 866 evli məcburi köçkün və qaçqın qəsəbəsində isə 10 dekabr Beynəlxalq İnsan Hüquqları günü münasibətilə bu mövzuda məlumatlandırıcı təlim keçirilib. Təlimdə yerli əhali ilə yanaşı, xarici qonaqlar da iştirak edib və iştirakçılar öz fikirlərini bölüşüblər.

16 günlük aktivizm çərçivəsində həyata keçirilən təlim və tədbirlərdə Bərdə rayonundan 200 nəfərə yaxın sakin iştirak edib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib.Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib.Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib.Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib.Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib.
Sosial şəbəkələrdə paylaş: