Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı


Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı

6-12-2019, 23:01
Oxunma sayı: 459
Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai BirliyiAzərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək ” layihəsi yekunlaşıb.
Layihənin əsas məqsədi regionlarda gənc qızların peşələrə olan maraqlarına, qabiliyyətlərinə, psixi və fiziki imkanlarına, həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq, onların peşə-ixtisas seçiminə kömək etməkdir.
Layihənin rəhbəri Tünzalə Cavadovanın Respublika.İnfo ya verdiyi məlumata əsasən, layihə üç ay müddətində - sentyabr, oktyabr və noyabr aylarında Quba, Xaçmaz və Şabran rayonlarında həyata keçirilmişdir. Ümumilikdə 7 təlimi əhatə etmiş layihəyə 280 nəfər 15-29 yaşları əhatə edən gənc qızlar cəlb olunmuşlar.
Təlimlərdə rəsmi strukturların nümayəndələri ilə yanaşı yerli fəal qadınlar, o cümlədən aktiv gənclər, QHT nümayəndələri iştirak etmişlər.
Layihənin ilk iki tədbiri 04, 07 oktyabr 2019-cu il tarixlərində Quba rayonunda, 14, 15 oktyabr tarixlərində Şabran rayonunda, 18, 19, 20 noyabr tarixlərində isə Xaçmaz rayonunda keçirilmişdir.
Xaçmaz rayonunda keçirilən son üç tədbir Xaçmaz rayonunun Qaradağlı və Hülövlü kəndlərində sonuncu tədbir isə Xaçmaz rayonu Heydər Əliyev Mərkəzində keçirilmişdir. Giriş sözü ilə tədbiri açan Xaçmaz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Yaqut Məsimova layihənin Xaçmaz gəncləri üçün aktuallığından danışmışdır. Təşkilatın sədri Tünzalə Cavadova da layihənin əhəmiyyətini qeyd etmiş və gənc qızlara gələcək peşə seçimində daha diqqətlı və məsuliyyətli olmalarını tövsiyyə etmişdir. Sonda fərqlənən 10 təlim iştirakçısına isə xüsusi uniformalar hədiyyə olunmuşdur. Xaçmaz rayonunda da keçirilən tədbirlərdə iştirak edən gənc qızlar, öz peşələrinin seçimində bu təlimin daha da onlara kömək etdiyini və bu seçimin onların gələcək karyeralarında böyük təsir göstərəcəyini qeyd etmişlər.
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaratmış və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilatın filialının layihə həyata keçən regionda yerləşdiyindən həmin tədbirlərin layihədən sonra da davam etdirilməsi təmin ediləcək.
Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.

Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdıGənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdıGənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdıGənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı
Sosial şəbəkələrdə paylaş: