“Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb3-12-2019, 23:48
Oxunma sayı: 203
![]() Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”nin qalibi Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbinin “Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatmışdır. Ucar şəhər 1 № li texniki və hümanitar təmayüllü məktəb- liseydə oktyabr ayından keçirilən təlimlərə ilkin olaraq son 4 ildə 10 ümumtəhsil məktəblərindən 30 nəfər məktəb direktorları və müavinləri təlimlərə cəlb olununmaları nəzərdə tutulmuşdur. Layhə icra planına uyğun olaraq ilkin mərhələdə layhədə nəzərdə tutulan məktəblərin direktor və müavinləri təlimlərə cəlb olunmuşdurlar. Növbəti mərhələdə isə digər məktəb direktorları və müavinlərə təlimlər keçirilmişdir. Məlumat üçün bildirək ki, layihənin icrasının sonunda rayonun 43 ümumitəhsil məktəbindən 30 məktəb təlimlərə cəlb olunmuşdur. Bu məktəblərdən 55 nəfərdən çox direktor və müavin təlimlərdə işrirak etmiş və sonda iştirakçılar yekun qiymətləndirmədən keçirilmiş və sertifkat verilmişdir. Qeyd edək ki, layhənin icra müddəti 15 avqust 2019 -cu il tarixdən 16 dekabr 2019- cu il tarixə kimidir. ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Sosial şəbəkələrdə paylaş: