Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti - layihə (EPIC) layihəsi Mingəçevir şəhərində açılış mərasimini təşkil olunmuşdur. Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı “ Çimərliklərdə atılan plastik tullantılara birgə qalib gələk” layihəsini həyata keçirilib
“Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir (EPIC) layihəsi Mingəçev şəhərində “Ekoloqiya günü”qeyd edib.
Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir



» » Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib


Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib

3-12-2019, 23:21
Oxunma sayı: 197
Gənclər  Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib
Noyabr ayında Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edən Gənclərin Töhfəsi İctimai Birliyinin İcraçı Direktoru Məhsəti Hüseynova, Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Rövşən Bağırov və Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasının bir qrup nümayəndəsi Akhisar Gənclik Mərkəzinin dəvəti ilə Türkiyənin Manisa vilayətinin Akhisar şəhərində səfərdə olublar. Layihənin həyata keçirilməsi Türkiyədə elan edilmiş Könüllülük İli çərçivəsində baş tutub. Məqsəd Türkiyə Gənclik və İdman Nazirliyinin nəzdində olan Akhisar Gənclik Mərkəzi və Türkiyənin 7 fərqli bölgələrindən olan Gənclik Mərkəzlərindən gənc liderlərin, vətəndaş cəmiyyəti fəallarının və QHT üzvlərinin Azərbaycanlı həmkarları ilə bir araya gələrək könüllülük üzrə təcrübə mübadiləsi aparılması olub. Türkiyədə Könüllülük ili ilə bağlı təqdimatlarla tanış olan Rövşən Bağırov və Məhsəti Hüseynova ölkəmizdə və rəhbəri olduqları təşkilatların könüllülük hərəkatı barədə yerli gənclərə məlumat veriblər. Bildirilib ki, Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır, təxminən 20 min gənc könüllü olaraq müxtəlif tədbirlərdə çalışıbar. Hal-hazırda könüllülər dövlət qurumlarında, nazirliklərdə təcrübə keçirlər. Nəzərə çatdırılıb ki, ölkəmizin ev sahibliyi etdiyi idman, mədəniyyət tədbirlərinə 1000-lərlə gənc könüllü kimi qatılır və “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan İdman Könüllüləri ictimai birliyi kimi təşkilatlar könüllülərin potensialının artırılması üçün əlverişli platformadır.

Tədbirin sonrakı günlərində təşkilatçılar tərəfindən könüllülük nədir və necə könüllü olmaq olar sullarına cavab verən çox maraqlı təlimlər, ətraf mühitün mühafizəsi, sahibsiz küçə heyvanlarının mütəmadi olaraq bəslənməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir.

Tədbir iştirakçıları həmçinin Manisa Gənçlik və İdman bölgə müdirliyündə, Akhisar şəhər valiliyi və Akhisar bələdiyyəsində görüşlərdə olublar. Maraqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdə Azərbaycan-Türkiyə xalqları, o cümlədən gəncləri arasında qardaşlıq münasibətlərindən danışılıb, Manisa Gənclik və Spor İl müdiri Yunus Öztürk həyata keçirilən bu layihənin gənclərimizin daha da sıx əməkdaşlığına səbəb olacağına əminliyi bildirib.

Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramının istirakçıları Manisa şəhid Tolga Artug Gənçlik Mərkəzində gənclər üçün yaradılmış resurs mərkəzi, həmçinin İzmir şəhərinə səyahət edərək Ege Universiteti nəzdində fəaliyyət göstərən İzmir Gənclər Mərkəzi ilə də tanış olublar. Məlumat verilib ki, hazırda Türkiyənin 81 bölgəsində 315 gənclik mərkəzi fəaliyyət göstərir və bu sayın 2023-cü ilə qədər 500-ə çatdırlması nəzərdə tutulub. Akhisarda qonaq olan gənclərimiz bölgənin bir-birindən gözəl yerləri ilə tanış olublar. İzmir şəhərinin tarixi abidələri, Manisa zeytun bagları və zeytun emalı zavoduna ziyarət işturakçıların yaddaşında xoş xatirə kimi qalacaqdır.
Sosial şəbəkələrdə paylaş: