Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu “Karonavirus” barədə 3 il öncə “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah –GDO” kitabında xəbərdarlıq edilmişdi... XİN-dən Azərbaycan vətəndaşlarına - Xəbərdarlıq
M.Ə.Rəsulzadənin “Mətbuat Azadlığı” məqaləsi Rus dilinə tərcümə edilib “Biz könüllülərik ! ” layihəsi davam edir! Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib
Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!"



» » Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir


Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir

5-11-2019, 09:30
Oxunma sayı: 1058
Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir
2009-cu ildə əsası qoyulan Türk Dövlətlərinin Əməkdaşlıq Şurası (TDƏŞ) türk ölkələri arasında münasibətlərin inkişafı və güclənməsi istiqamətində atılmış çox mühüm addım idi. Qurumun yaradılmasının onuncu ildönümünün məhz Azərbaycanda keçirilməsi ölkəmizin dünyada, regionda, o cümlədən türk dövlətləri arasında artan nüfuzunun göstəricisi idi.

Bu fikirləri “Müasir İnkişaf” İctimai Birliyinin sədri, dialoq.info xəbər portalının baş redaktoru Mübariz Göyüşlü bildirib.
M. Göyüşlü qeyd edib ki, eyni dilə, soykökə, tarixə, mədəni dəyərlərə malik olan türk xalqlarının inteqrasiyasını hədəfləmiş Türk Şurasının 2019-cu il oktyabrın 15-16-da Bakıda keçirilmiş VII Zirvə Görüşü önəmli qərarların qəbul edilməsi ilə yadda qalıb. Tədbirdə nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb: "Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir".
QHT sədri deyib ki, Bakı toplantısında şuraya yeni üzvlərin qəbul edilməsi ilə qurumun sərhədləri genişləndirilmiş oldu. Özbəkistan kimi güclü bir türk dövlətinin təşkilata tamhüquqlu üzv kimi qoşulması, Macarıstanın müşahidəçi statusu alması Türk Şurasının uğurlu fəaliyyətindən xəbər verir. Macarıstanda şuranın Avropa ofisinin açılmasını isə türk dövlətlərilə Avropa İttifaqının əlaqələrinin yeni mərhələyə qədəm qoyması kimi də dəyərləndirmək olar. Bu genişlənmələr gələcəkdə Türkmənistanın da quruma üzvlüyü ilə nəticələnəcəyini söyləməyə əsas verir.
“Onu da əlavə edim ki, zirvə görüşündə təklif edilən BMT və İƏT-lə əlaqələr, həmin təşkilatlarda müşahidəçi statusunun alınması kimi məsələlər xüsusi əhəmiyyət daşıyır. Şura üzvü olan ölkələrin ümumi daxili məhsulunun illik həcmi təqribən 1,5 trilyon dollara bərabərdir. O cümlədən "Bir kəmər, bir yol" layihəsində türk dövlətlərinin daha fəal və koordinasiyalı iştirakı üçün imkanlar genişlənəcək. Bu, ciddi iqtisadi əlaqələr deməkdir. Lakin bununla kifayətlənmək olmaz və mən əminəm ki, gələcəkdə Türk Şurası daxilində daha geniş əlaqələrin qurulması mümkün olacaq. Beləliklə, şübhə yoxdur ki, Türk Şurasının Bakı Sammiti türk xalqları arasında əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsində mühüm rol oynayacaq. Bu, ölkələr arasında əməkdaşlığın yeni üfüqlərini açacaq.”– deyə M. Göyüşlü vurğulayıb.
Sosial şəbəkələrdə paylaş: