“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.


Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.

4-11-2019, 19:12
Oxunma sayı: 349
Layihə çərçivəsində həyata keçirilən təlimlərdə Bərdə və Bərdənin kəndlərindən ümumilikdə 15 nəfər qadın iştirak edib.
Layihə rəhbəri Ülviyyə Babayevanın verdiyi məlumata görə, ümumilikdə layihə çərçivəsində 6 mövzu üzrə təlimlər keçirilib və təlimlərin yekununda iştirakçılar 5 qrup formalaşdıraraq, irəli sürdükləri layihə ideyalarını reallaşdırma imkanı əldə ediblər. Onu da xatırladaq ki, əhatə olunan mövzular – Aktiv Vətəndaşlıq, Emosional Zəka, Liderlik, Gender Bərabərliyi, Qadınlar və İKT bacarıqları, və Layihənin yazılması və idarə olunması – peşəkar təlimçilər tərəfindən keçirilib.
3 ay davam edən layihədə əsas məqsəd, gender stereotiplərini aradan qaldırmaqla qadın hüquqlarını müdafiə etmək, gənc qadınların özlərinə inam hissini formalaşdırmaqla onların liderlik bacarıqlarını ortaya çıxarmaq və inkişaf etdirmək, eyni zamanda, qərarvermə prosesində qadın iştirakçılığına nail olmaq üçün iştirakçıları motivasiya etmək idi.
Qeyd edək ki, layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin Təsisi Proqramı çərçivəsində həyata keçirilib.
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.
Sosial şəbəkələrdə paylaş: