Daşqın Gülməmmədov: Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Rusiya kəşfiyyatına işləməsi ehtimalı var Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır.
91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI



» » Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı.


Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı.

4-11-2019, 19:02
Oxunma sayı: 783
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı.
Bərdə rayon 8 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Könül Quliyevanın rəhbəri olduğu “Atamla birgə öyrənirəm” layihəsinin əsas məqsədi Azərbaycan Təhsil mühitində ataların rolunu artırmaq, onlara övladları ilə birlikdə yeni və müasir öyrənmə üsullarını aşılamaqdan və ata-övlad münasibətinin kiçik yaşlardan formalaşdırilmasından ibarət idi.
Layihə müddətində ilk öncə Bərdə rayonunda yerləşən məktəblərdə 4-cü sinif şagirdləri üçün layihə haqqında məlumat verilmişdir. Daha sonra layihədə iştirak etmək istəyən övlad və atalar birlikdə müraciət etmişlər. Daha sonra seçilən iştirakçılarla bir daha görüş keçirilmiş və təlimlərin günləri müzakirə olunaraq məlumatlandırılmışlar. Qeyd edək ki, layihə müddətində 5 fənn (Rəsm, həyat bilgisi, riyaziyyat, ingilis dili, ana dili) müəyyən olunmuşdur. Müəyyən olunmuş fənnlər ibtidai sinif müəllimləri ilə birlikdə müzakirə edilmiş və uyğun mövzular seçilmişdir.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı.
Layihə çərçivəsində 06,13, 20, 27 oktyabr və 03 noyabr 2019-cu il tarixlərində təlimlər baş tutmuşdur. Təlimlər zamanı əsas mövzular "Vurma", "İkirəqəmli ədədin birrəqəmli ədədə bölünməsi", "İnsanın daxili orqanları, Orqanizmi necə qorumalı", İlk tibbi yardım, Məişət qəzaları, Yol hərəkəti qaydaları", “Natiqlik məharəti haqqında”, “Az danışmağın gözəlliyi”, “Hobbies (Hobbilər)”, “Time (Vaxt)”, “Novruz adət-ənənələri”, “Qədim abidələr diyarı” olmuşdur. Hər fəndən təşkil olunan mövzular zamanı valideynlər övladları ilə bərabər müxtəlif tapşırıqlar yerinə yetirmiş və əyləncəli şəkildə müxtəlif öyrənmə metodları vasitəsilə yeni biliklər əldə etmişlər.
Qeyd edək ki, layihə çərçivəsində əsas məqsəd Azərbaycan Təhsil sistemində ataların rolunu artırmaq, onların övladları ilə birlikdə yeni və müasir öyrənmə üsullarını açıqlamaqdan və ata-övlad münasibətinin kiçik yaşlardan formalaşdırmasından ibarətdir.
Layihənin sonunda valideynlərə və övladlara hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.

Sosial şəbəkələrdə paylaş: