104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir
RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir" FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti
Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu



» » “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi


“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi

31-10-2019, 22:00
Oxunma sayı: 2037
“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi
31 oktyabr 2019-cu il tarixində Göyçay şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda dövlət və din münasibətləri” adlı layihəyə start verdi.
Tədbiri 2 saylı tam orta məktəbin direktoru Fatma Həmidova açaraq qonaqları və tədbir iştirakçılarını salamladı və tədbirin rayon ictimaiyyəti və gəncləri üçün önəmindən danışdı. Daha sonra layihə direktoru, DQİDK yanında ictimai şuranın üzvü Asim Vəliyev iştirakçılara ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O, vurğuladı ki, Azərbaycanda dövlət və din münasibətlərindən, hər sahədə olduğu kimi dini sahəyədə dövlət qayğısından və dövlət tərəfindən görülən işlərin əhəmiyyətindən danışdı.
Daha sonra DQİDK Ucar şöbəsinin müdiri Əzim Rəfiyev Dövlət Komitəsinin gördüyü işlərdən, dövlət-din münasibətlərinin tənzimlənməsindən, dövlətin bu sahəyə böyük diqqətinin olduğundan danışdı. Sonra təlimçi-ekspert Müşfiq Nəcəfov gənclərə dinimizin dünyəvi ismarıcları, elmə və təhsilə verdiyi qiymətin önəmini, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinin önəmini vurğuladı. Daha sonra hüquqşünas-ekspert Rəşad Nəbiyev gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin önəmini, bu sahədə maarifləndirmə işində dövlət-vətəndaş cəmiyyəti inistitutlarının birgə fəaliyyətini təqdirəlayiq hesab etdiyini və güclü Azərbaycan dövlətçiliyinin qarantı olduğunu vurğuladı. Tədbirin sonunda çıxış edən “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyinin sədri Elçin Manafov gənclərə son illərdə dövlət tərəfindən aparılan işlərdən, multikultural dəyərlərdən, dini radikalizmə qarşı mübarizədən, dini məbədlərə dövlət qayğısından və dövlət siyasətindən danışdı.
Tədbirdə RİH-nümayəndələri, KİV nümayəndələri, DQİDK regional şöbəsinin müdiri, bələdiyyə nümayəndələri, dini icmaların nümayəndələri, orta məktəbin müəllim və yuxarı sinif şagirdləri, və gənclər iştirak edirdi. Tədbir diskussiya və müzakirə şəraitində keçdi. İştirakçıları maraqlandıran suallar cavablandırıldı, maarifləndirici əyani vasitələr paylanıldı və sonda xatirə şəkilləri çəkdirildi.

“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi
Sosial şəbəkələrdə paylaş: