Region qadınları bələdiyyə seçkilərinə daha aktiv hazırlaşır28-10-2019, 21:01
Oxunma sayı: 207
![]() Respublika.info məlumat verir ki, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi üçün seminarların keçirilməsi” adlı layihəsi davam edir. Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihənin əsas məqsədi Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə bağlı qadınların passiv seçki hüququ barədə maarifləndirmək, onların seçki prosesində rollarını gücləndirmək üçün seminarların keçirilməsindən ibarətdir. Layihə 3 ay müddətində - avqust, sentyabr, oktyabr aylarında Xaçmaz rayonunda həyata keçirilir. Seminarlarımız Xaçmaz rayonunun Çarxı, Palçıqoba, Hülövlü, Qusarçay, Hacıqurbanoba kənd bələdiyyələrində keçirilmişdir. Qeyd edim ki, xaçmazlı xanımlar çox aktivdirlər və bələdiyyə seçkilərinə daha böyük stimulla hazırlaşırlar. Layihə müddətində ümümilikdə 8 seminar keçiriləcək. 20 nəfər iştirakçıdan ibarət olacaq seminarlara 160 qadın qatılacaq. Bundan əlavə qadınlar üçün maarifləndirici vəsaitlər, paylama materialları da çap edilib paylanılmışdır. Layihədən bəhrələnənlər maarifçiliklə məşğul olmaq təcrübəsi qazanaraq, icma qrupları yaradıb, işlərini davam etdirmək imkanına malik olacaqlar. ![]() ![]() ![]() |
Sosial şəbəkələrdə paylaş: