Sumqayıtda “İctimai davranış qaydalarının gənclərə təşviq edilməsi” layihəsinin ilk mərhələsi icra olundu Deputatlığa namizəd Mustafayev Elnur Akif oğlunun seçicilərlə möhtəşəm görüşü keçirilib Sumqayıtda “Gənci-Nihan mənəm” adlı bədii qiraət müsabiqəsi keçirildi “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Siyəzən rayonunda icra olundu
Mənim səsim – mənim gələcəyimdir” adlı layihə yekunlaşdı Daha bir ictimai fəal deputatlığa namizəd oldu “Dağlıq Qarabağ abidələri – erməni terroru” internet məkanında layihəsi Xızı rayonunda icra olundu Məşhur Vəkil Adəm Məmmədov Milli Məclis seçkilərinə Zərdab rayonundan namizədliyini irəli sürdü
Asim Vəliyev Seçki ilə bağlı sərt açıqlama yaydı. "Utanın..!" Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti - layihə (EPIC) layihəsi Mingəçevir şəhərində açılış mərasimini təşkil olunmuşdur. Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı



» » Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir


Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir

10-10-2019, 01:23
Oxunma sayı: 464
Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi üçün seminarların keçirilməsi” adlı layihəsi davam edir.
Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihənin əsas məqsədi Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə bağlı qadınların passiv seçki hüququ barədə maarifləndirmək, onların seçki prosesində rollarını gücləndirmək üçün seminarların keçirilməsindən ibarətdir.
Layihə 3 ay müddətində - avqust, sentyabr, oktyabr aylarında Xaçmaz rayonunda həyata keçiriləcəkdir.
İlk əvvəl regionda passiv seçki hüququndan istifadə etmək istəyən qadınlar layihəyə cəlb olunmuşlar. Layihəyə cəlb olunmuş iştirakçılar Azərbaycanda bələdiyyə institutunun strukturu, proqramları, iqtisadi əsasları, bələdiyyələrin daxilində həyata keçirilən prosedurlar haqqında məlumatlandırılmışlar. Regionda passiv seçki hüququndan istifadə edəcək qadınlara aşağıdakı maarifləndirirci mövzular keçirilmışdir:
- bələdiyyə seçkilərin prosedurası;
- seçki kampaniyasının effektiv təşkili;
- bələdiyyə institutu;
- qadınların bələdiyyə orqanlarında təmsil olunmasının əhəmiyyəti
Bundan əlavə qadınlar üçün maarifləndirici vəsaitlər, paylama materialları da çap edilib paylanılmışdır.
Qeyd edək ki, ümümilikdə 8 seminar keçiriləcək. 20 nəfər iştirakçıdan ibarət olacaq seminarlara 160 qadın qatılacaq.
Layihədən bəhrələnənlər maarifçiliklə məşğul olmaq təcrübəsi qazanaraq, icma qrupları yaradıb, işlərini davam etdirmək imkanına malik olacaqlar. Beləliklə, onlar hətta öz aralarında şəbəkə quraraq, geniş bir kompaniyanın iştirakçısı olacaqlar.
Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edirRegion qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edirRegion qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir
Sosial şəbəkələrdə paylaş: