Şura qrant müsabiqələrinin nəticələrini elan etdi Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb Azərbaycan və Türkiyə QHT-lərindən Ermənistana tələb “Məhdudiyyət istedad üçün əngəl deyil” adlı onlayn müzakirə təşkil edilib
Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib Siyəzən rayonunda abadlıq-quruculuq işləri davam edir-FOTO Vətəndaş Hərəkatı beynəlxalq konfransda erməni təcavüzünü və COVİD-19 pandemiyasını müzakirə etdi 846 QHT ötən gecə paytaxtdakı yürüşdə baş verənlərlə bağlı bəyanat yaydı
Politoloq Əli Quliyev: “Bu vətən uğrunda ölməyi də, öldürməyi də bacaran xalq heç vaxt yenilməz”. İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib



» » Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək


Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək

10-10-2019, 01:18
Oxunma sayı: 489
Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai BirliyiAzərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək ” layihəsinə başlamışdır.
Layihənin əsas məqsədi regionlarda gənc qızların peşələrə olan maraqlarına, qabiliyyətlərinə, psixi və fiziki imkanlarına, həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq, onların peşə-ixtisas seçiminə kömək etməkdir.
Layihənin rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində - sentyabr, oktyabr və noyabr aylarında Quba, Xaçmaz və Şabran rayonlarında həyata keçiriləcəkdir. Ümumilikdə 7 təlimi əhatə edəcək layihəyə 280 nəfər 15-29 yaşları əhatə edən gənc qızlar cəlb olunacaqlar.
Təlimlərdə rəsmi strukturların nümayəndələri ilə yanaşı yerli fəal qadınlar, o cümlədən aktiv gənclər, QHT nümayəndələri iştirak edəcəklər.
Təlimlərin mövzusu:
Peşəseçimində özünütanıma faktoru;
Peşələr və xüsusiyyətləri;
Peşəyönümünü müəyyənləşdirmək üçün psixoloji testlər;
Gələcəyin peşələri;
Düzgün peşəseçiminə təsir edən amillər;
Peşə seçərkən nəyə diqqət yetirməli;
Layihənin ilk iki tədbiri 04, 07 oktyabr 2019-cu il tarixlərində Quba rayonunda keçirilmişdir. Növbəti tədbirlərin 14, 15 oktyabr tarixlərində Şabran rayonunda keçirilməsi planlaşdırılır.
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilatın filialının layihə həyata keçən regionda yerləşdiyindən həmin tədbirlərin layihədən sonra da davam etdirilməsi təmin ediləcək.
Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.

Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək
Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək
Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək
Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcəkRegionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək
Sosial şəbəkələrdə paylaş: