Qol Güləşi üzrə Zona çempionatı keçirildi.29-09-2019, 01:15
Oxunma sayı: 494
![]() Sentyabrın 28-də Gələcək İntellektual İnkişafa Yardım İçtimai Birliyi və "Mübariz" İdman Klubunun təşkilatçılığı ilə Qol Güləşi üzrə 4 qat Azərbaycan çempionu Məmmədli Kamal tərəfindən Ucar rayon Gənclər Mərkəzində, "Qol Güləşi" idman növü üzrə zona çempionatı keçirildi. Yarışda Ucar eləcədə Göyçay və Yevlax rayonlarından ümumilikdə 40-dan artıq idmançı öz gücünü sınayıb. Yarışın əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam həyat tərzinin təbliği və asudə vaxtının səmərəli keçirilməsindən ibarət idi . Yarış 5 çəki dərəcəsi üzrə aparılmışdır. Sonda qaliblər mükafatlandırıldılar. ![]() ![]() ![]() ![]() ![]() Məhəmməd Məmmədov |
Sosial şəbəkələrdə paylaş: