Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
Tezliklə “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçiriləcək "İstedad Əngəl Tanımır" gənc puplisist Orxan Adıgözəllə onlayn görüş Prezidentin köməkçisi Hikmət Hacıyev QHT rəhbərləri ilə növəti görüşü keçirib. “SƏLİS Könüllüləri” İctimai Birliyinin təsis konfransı keçirildi
Gənc şair Ağarza Elçinoğlunun şeirlər kitabı nəşr olunub Daşqın Gülməmmədov: Ramiz Həsənov, Eldar Həsənov, Qüdsi Osmanov və bəziləri Rusiya casuslarıdır. “Gənclərə Qayğı” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı “Gənclərin Töhfəsi” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı



» » Polis Polkovniki Adil Əsədov: Azərbaycan Polisi Bu Gün Də Insanların Təhlükəsizliyinin Keşiyində Ayıq-Sayıq Dayanır


Polis Polkovniki Adil Əsədov: Azərbaycan Polisi Bu Gün Də Insanların Təhlükəsizliyinin Keşiyində Ayıq-Sayıq Dayanır

25-09-2019, 16:31
Oxunma sayı: 564
Fakttv.com-un məlumatına görə,Polkovnik keçirilən tədbirlərdə dəfələrlə bildirib ki,Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. O, həmçinini qeyd edib ki, daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.
Polis Polkovniki Adil Əsədov: Azərbaycan Polisi Bu Gün Də Insanların Təhlükəsizliyinin Keşiyində Ayıq-Sayıq Dayanır
Daxili İşlər Naziri cənab General Vilayət Eyvazov keçirilən içlaslarda cənab Prezidentin ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Qarşıya qoyulmuş mühüm vəzifələrdən söz açan Daxili İşlər Naziri cənab General Vilayət Eyvazov polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin,
bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.Polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir.
Polis Polkovniki Adil Əsədov: Azərbaycan Polisi Bu Gün Də Insanların Təhlükəsizliyinin Keşiyində Ayıq-Sayıq Dayanır
Polkovnik Adil Əsədov Laçın rayonuna Rəis təyin olunduğu gündən rayonda əhali ilə sıx əlaqədə olaraq vətəndaşları qəbul edib, problemlərini dinləyib və çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlərini vermişdir.Həmçinin, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsinin, asayişin və təhlükəsizliyin daha etibarlı qorunmasının, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsinin,bu mühüm istiqamətlərdə işlər görmüşdü.Bununla da rayon polis şöbəsinin rəisi əhalinin rəğbətini qazanmışdır.
Qeyd edək ki,Polis Polkovniki Adil Əsədov, ölkə başçısı cənab İlham Əliyevə və Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazova olan sədaqəti ilə yanaşı həm də insanlara sevgi ilə yanaşıb bir mərd Azərbaycan oğlu kimi vətəninə millətinə xeyirli bir vətəndaş, həm də bir hüquq mühafizə orqanı əməkdaşı kimi xidmət edir.

Laçın rayonu orta məktəblərində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Laçın rayon polis şöbəsinin rəisi Polkovnik Adil Əsədov “Narkomaniyaya yox deyək” mövzusunda tədbirlər keçirdərək,ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayır.Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdığına görədir ki,bu gün Laçın gəncləri belə pis vərdişlərdən uzaqdırlar.
Sosial şəbəkələrdə paylaş: