Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib.
“RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir Tarix İnstitutunda dəyirmi masa: “Tariximizə sahib çıxaq”



» » “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq


“Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq

9-09-2019, 18:26
Oxunma sayı: 167
“Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq

Beynəlxalq Açıq Hökümət Tərəfdaşlığı Təşəbüsünündə Azərbaycanda vətəndaş cəmiyyətnin rolunun gücləndirilməsi və geniş maarifçilik, təşviqat işinin aparılması tövsiyyəsinə uyğun olaraq “Açıq Hökümət” TV onlayn-televiziyası fəaliyyətə başlayacaq

“Açıq hökümət” TV Açıq Hökümətin Təşviqinə dair Hökümət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının saytı, YouTube video-hostinq, Facebook sosial şəbəkəsi üzərindən yayımlanacaq.

“Açıq Hökümət” TV onlayn-televiziyası Azərbayan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində yaradılacaq.

Layihə fəaliyyətlərinə uyğun olaraq Açıq Hökümətin Təşviqinə dair Hökümət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının saytında “Açıq Hökümət” TV üçün ayrıca veb səhifə yaradılacaq. Onlayn-TV “Açıq hökümət” islahatları, təşəbbüsləri barədə cəmiyyətin, vətəndaşların məlumatlandırılmasına, müvafiq dövlət qurumlarına, сəmiyyətə, beynəlxalq təşkilatlara vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərinin mövqeyinin çatdırılması, təkliflərin ictimailəşdirilməsinə, “Açıq hökümət” islahatlarının geniş tətbiqi üçün vəkillik kampaniyasının aparılmasına, “Açıq hökümət” islahatları ilə bağlı dövlət orqanları ilə bütün maraqlı tərəflərin (vətəndaş cəmiyyətinin, müstəqil ekspertlərin, beynəlxalq təşkilatların) kommunikasiyanın yaxşılaşdırılmasına xidmət edəcək.
Sosial şəbəkələrdə paylaş: