“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » "Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov


"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov

1-09-2019, 22:52
Oxunma sayı: 132
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov"Azərbaycana qarşı fobiyası olan, azərbaycanlılara qarşı hər zaman diskriminasiya yönümlü çıxışları ilə tanıdığımız Şalva Natelaşvilinin bu tip beyanatları artıq adi hal alıb"

24News.ge xəbər portalına bu sözləri gənc palitoloq Murad Muradov deyib.

Onun sözlərinə görə, Gürcüstan siyasətində heç bir gücə malik olmayan, siyasi keçmişi kirlənmiş, parlamentdə olduğu dövürlərdə adı “mandat alverində”, hər cür intriqalarda hallanmış, şovinist, demaqoq, Gürcüstanın Jirinovskisi hesab edilən bir şəxsin bəyənatlarını ciddiyə almaq lazım deyil:

"Bu bəyanatdan sonra bir çox şeyə aydınlıq gəldi. Gürcüstan və Azərbaycan arasında, rəsmilər tərəfindən sakit bir şəkildə həllinə çalışılan “David Qareci” məsələsinin çətinliyə sürükləmək istəyənlər, cəmiyyətdə intriqalar yaradanların hansı məqsəd daşıdıqları, kimlər tərəfindən idarə olunduğu aşkar görünür.
Üzdə qərb yönümlü, Gürcüstanın milli maraqları naminə mübarizə apardıqları görünən şəxs və qrupların əslində isə xarici maraqlı dairələr tərəfindən idarə olunduğunu görürük. Separatçılar tərəfindən qondarma sərhədin gürcüstanın içinə doğru irəllədiyində, girovlar götürüldüyündə yalnız daxili intriqalarla məşğul olan, daxildə kimlərisə günahlandıran, ancaq Rusiyaya qarşı heç bir ciddi ittiham səsləndirməyən Ş.Natelaşvili bu gün Azərbaycana qarşı sərt danışır"

Murad Muradov prezident Salome Zurabişvilinində sözü gedən həssas məsələdəki addımlarına da toxunub:

"Sözü gedən məsələdə prezident Salome Zurabişvilinin atdığı addımlardada müəyyən xətalar görmək olar. “David Qareciyə” şəxsən gedən xanım prezident Rusiya ilə gərginləşən son hadisələr zamanı ciddi fikir belə bildirmədi. Lopota gölündə “günəş vannası” qəbul edən prezident jurnalistlərin suallarını iqnor etdi, üstünədə əlavə etdi ki, “Bu kimi məsələlərlə küçədə bəyanat vermək olmaz. "Özüm bəyanat barədə qərar verəndə sizlərə bildirəcəm”. Amma o gündən bu yana heç bir ciddi bəyanat gəlməyib. Xatırladımki, “David Qarecidə” vəziyyətin gərginləşdiyi dövürdə S. Zurabişvili ora getmiş və elə oradan bəyanatlar vermişdi.
Bütün baş verənlərdən sonra bunlar və bunlar kimi digər şəxslərin kimin maraqlarına xidmət etdikləri aydın olur. Rusiya tərəfindən nə zaman Gürcüstana qarşı təxribat olsa, bu şəxslər elə həmin an diqqətləri başqa səmtə yönəltməyə çalışır, gündəmi dəyişməyə çalışırlar".

M.Muradov bu kimi bəyanatların və addımların xarici dairələrin maraqlarına xidmət etməsi ilə yanaşı Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, "Leiboristlər Partyası"nın lideri Şalva Natelaşvili bəyanat yayaraq "Davit Qareci" (Keşişcidağ) monastır kompleksində baş verən hadisələrə görə, Gürcüstanın Bakıda keçirilməsi planlaşdırılan hərbi təlimlərdə iştirak etməməsini təklif edib. O bildirib ki, təlimlərdə iştirak etmək Gürcüstana və gürcü tarixinə böyük təhqirdir.
Sosial şəbəkələrdə paylaş: