“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək


Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək

30-08-2019, 19:00
Oxunma sayı: 315
Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək
Oktyabr ayında Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək. Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətindən bildirilib ki, forumda iştirakla bağlı artıq qeydiyyat başlayıb.

Oktyabrın 12-də, Moskva şəhərindəki, "Prezident Otel" də keçiriləcək "Azərbaycan diasporu qloballaşan dünyada: mövcud vəziyyət və inkişafın perspektivləri" adlı forumda "Azərbaycan diasporu: müasir çağırışlar və sistemli fəaliyyətin təşkili", "Rusiyadakı Azərbaycan diasporu və Rusiya - Azərbaycan əlaqələri", "Azərbaycan diasporu dövlətlərarası münasibətlərdə amil kimi", "Azərbaycan diasporunun Azərbaycan dövlətilə əməkdaşlığı". "Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə ekspert rəyi", "KİV in və sosial medianın azərbaycan diasporunun müasir əlaqə mühitindəki rolu", "Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan diasporunun diqqət mərkəzində", eləcə də "Lobbizm və diaspora", RAİ nin 2020 ci il üçün iş planı kimi məsələlər müzakirə ediləcək.
Forumun əsas məqsədi ümummilli birliyi qorumaq və dəstəkləmək naminə əsas dəyərlər ətrafında Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının səylərini birləşdirmək və Rusiyadakı Azərbaycan diasporunun inkişaf strategiyasının hazırlanmasında vətəndaş cəmiyyəti instiutlarının iştirakını təmin etməkdir.

Qeyd edilib ki, forumda Rusiyanın və Azərbaycanın dövlət rəsmiləri, MDB, Avropa və Yaxın Şərq ölkələrinin elm və yaradıcı adamları, Rusiyadakı daspor təşkilatlarının rəhbər üzvlərinin iştirakı gözlənilir.
Forum bitdikdən sonra Prezident otelin kinokonsert zalında Azərbaycanın müstəqillik gününün 28-ci ildönümünə həsr edilmiş konsert təşkil ediləcək.
Qeyd edək ki, tədbirin təşkilatçıları Rusiya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondudur.
Sosial şəbəkələrdə paylaş: