“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım


Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım

28-08-2019, 17:45
Oxunma sayı: 258
Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım
İspaniyada yaşayan tanınmış azərbaycanlı idmançı "Qarabağ" İdman Klubu açdı.

Bu barədə məlumatı Respublik.info-ya diaspor üzrə ekspert Elnur Eltürk verib. "Klubun rəhbəri Şamo Eyvazov peşəkar kikboksinq üzrə İspaniya çempionudur. Vətənpərvər və ürəyi Azərbaycanla döyünən insandır. Bu onun çoxdan ki, arzusu idi. Məqsəd klubda həm idmançı yetişdirmək, həm də "Qarabağ"ın adını yaşatmaqdır. Xüsusilə, klub adında nüfuzlu yarışlara idmançıları çıxarmaqdır. Şamo Eyvazov 20 aprel 1992-ci ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. 2009-cu ildə Neftçala rayonunun Qaçaqkənd kəndində Nəriman Bəşirov adına tam orta məktəbini bitirib. 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə İspaniya Kantabriya vilayətinin Torrelaveqa şəhərində yaşayır. Şamo bu günə qədər 64 döyüş keçirib. Onun 51-i qələbə ilə başa çatıb".
Sosial şəbəkələrdə paylaş: