Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib.
“RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir Tarix İnstitutunda dəyirmi masa: “Tariximizə sahib çıxaq”



» » Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar


Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar

23-08-2019, 12:29
Oxunma sayı: 317
22 avqust Rusiyada dövlət bayrağı günü qeyd olunur. Bununla əlaqədar ölkənin müxtəlif regionlarında avtoyürüşlər, mitinqlər, konsertlər və digər bayram tədbirləri keçirilir.

Bu gün Murmansk vilayəti Azərbaycan Mədəniyyəti Mərkəzi də Rusiya Federasiyasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdə Murmansk vilayətinin regional dumasının deputatları və İctimai palatanın üzvləri də iştirak ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Afil Qurbanoviç və müavini Hüseynalı Hüseynov bütün rusları bu bayram münasibətilə təbrik edib, tədbir iştirakçıları ilə səmimi söhbətlər aparıb və birgə xatirə fotoları çəkdiriblər.

Xatırladaq ki, Rusiyanın üçrəngli bayrağı ilk dəfə olaraq 1667-ci ildə çar Aleksey Mixayloviçin hakimiyyəti dövründə ilk rus gəmisi sayılan “Oryol” gəmisində qaldırılıb. Bayraqda ağ rəng azadlığın, göy rəng Rusiyanın Hz. Məryamın himayəsində olduğunun, qırmızı isə ölkənin qüdrətinin rəmzidir.

Sonradan bu bayraq imperator I Pyotrun şəxsi ştandartı olub. Rusiya çarı II Aleksandr ölkənin bayrağı qismində qara-sarı-ağ zolağlı imperiya bayrağını təsdiq edib. Hazırki üçrəngli bayraq isə yalnız ticarət və hərbi gəmilərdə qaldırılıb, lakin 1883-cü ildə ağ-göy-qırmızı zolaqlı bayraq rəsmən Rusiyanın bayrağı kimi təsdiq edilib. 1918-ci ildə bu bayraq ləğv edilərək yalnız 22 avqust 1991-ci ildə yenidən qaytarılıb.
Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar
Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar
Sosial şəbəkələrdə paylaş: