“Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir (EPIC) layihəsi Mingəçev şəhərində “Ekoloqiya günü”qeyd edib.
Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir
Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova



» » Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari


Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari

4-08-2019, 08:35
Oxunma sayı: 346
Zərif Trampla görüşdən imtina edib? - Şok ssenariÖtən ay Nyu Yorka səfər edən İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampla görüş üçün Ağ Evə dəvət edilib.

Bu barədə məlumatı “Nyu York” jurnalı yayıb. Jurnalın ABŞ və İranın diplomatlarına istinadən yaydığı məlumata görə, dəvət Trampa yaxın olan Respublikaçılar Partiyasının üzvü, senator Rand Paul tərəfindən edilib.

Senator və müşaviri Duq Stafford iyulun 15-də Trampın razılığı ilə İranın BMT-dəki daimi nümayəndəliyinin ofisində Zəriflə görüşərək İranın nüvə proqramı, körfəzdəki vəziyyət başda olmaqla, Vaşinqton-Tehran arasındakı problemləri müzakirə edib. Paul Zərifi bu məsələləri Trampa təqdim etmək üçün Ağ Evə dəvət edib. İranlı nazir isə bu görüşün nəticəsiz olacağını, sadəcə, foto çəkdirməklə yadda qalacağını qeyd edib. Həmçinin o, görüşün keçirilməsi barədə qərarı təkbaşına verə bilməyəcəyini və Tehranla məsləhətləşməyə ehtiyac olduğunu vurğulayıb.

Jurnal rəsmi Tehranın belə bir görüşün keçirilməsinə razılıq vermədiyini qeyd edib.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani iki ölkə arasında müzakirələrin ABŞ-ın İrana qarşı sanksiyaları və təzyiqləri tamamilə aradan qaldırdıqdan sonra baş tuta biləcəyini bildirmişdi.
Sosial şəbəkələrdə paylaş: