“Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir (EPIC) layihəsi Mingəçev şəhərində “Ekoloqiya günü”qeyd edib.
Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir
Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova



» » Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq


Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq

4-08-2019, 08:31
Oxunma sayı: 246
Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloqİyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev ölkəmizdə ümumi iqtisadi vəziyyəti müsbət qiymətləndirdi, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin uğurla icra olunduğunu diqqətə çatdırdı. Qeyri-neft sektorunda əldə olunmuş nailiyyətlər Prezident tərəfindən xüsusi qeyd olundu. Bu sahədə artımın 15,7 faiz təşkil etməsi həqiqətən də ciddi göstəricidir. Nəzərə alsaq ki, bu göstərici son altı ayı əhatə, onda artımın sürəti və miqyası həqiqətən də kifayət qədər böyükdür. Bu göstərici həm də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində ciddi addımların atıldığını sübut edir.

Bu fikirləri Azərtac-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, müşavirə çərçivəsində aparılan müzakirələr, səslənən fikirlər göstərir ki, inkişaf kompleks xarakter daşımaqla, bütün sahələri əhatə edir. Belə ki, kənd təsərrüfatında, ticarət dövriyyəsində, büdcə daxilolmalarında və s. istiqamətlərdə göstəricilərdə ciddi artımlar iqtisadi siyasətin düzgün, uğurla həyata keçirildiyinə dəlalət edir.

Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyasılı sosial islahatlardan bəhs edən E.Mirbəşiroğlu bildirib ki, son yarım ildə həyata keçirilən sosial paketlər dörd milyondan artıq insanı əhatə edib. Uğurlu iqtisadi islahatlar əlavə gəlirlərin həcmini artırmaqla, insanların sosial-iqtisadi rifahının yüksəldilməsinə, kompleks sosial paketlərin həyata keçirilməsinə imkan verir. Bu da bir daha göstərir ki, dövlət idarəetməsində, genişmiqyaslı islahatların həyata keçirilməsinin mərkəzində insan amili, sosial rifahın yüksəldilməsi dayanır.

Politoloq bildirib ki, sosial xarakterli addımların atılması birbaşa ümumi iqtisadi inkişafın səviyyəsindən asılıdır. Deməli, Azərbaycanın iqtisadi inkişaf səviyyəsi genişmiqyaslı sosial paketlərin tətbiqinə imkan verir. Müşavirədə toxunulan məqamlar bunu dəqiqliklə sübut edir.

“Dövlətimizin başçısı müşavirədə problemli sahələri də diqqətdən kənarda qoymadı. Prezident nağdsız ödənişlərin aşağı səviyyəsindən narahatlığını bildirdi və bu sahəyə ciddi diqqət göstərilməsinin vacibliyini vurğuladı, müvafiq tapşırıqlar verdi. Prezident süni qiymət artımına qarşı da tədbirlərin görülməsinin vacibliyini ifadə etdi.

Prezident yanında keçirilmiş müşavirə bir daha göstərdi ki, ölkə rəhbəri iqtisadi inkişafın dayanıqlı olmasının təmin edilməsini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə ciddi addımlar atılır”,- deyə politoloq vurğulayıb.
Sosial şəbəkələrdə paylaş: