Tovuzda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib Şəmkirdə “Regionlarda gənclər arasında könüllülüyün təşviqi"layihəsi çərçivəsində təlim keçirilib Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər.
"Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib “Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir
Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı



» » Prezident önəm verdiyi istiqamətləri göstərdi


Prezident önəm verdiyi istiqamətləri göstərdi

2-08-2019, 07:59
Oxunma sayı: 195
Qeyri-neft sektoru, sosial təminat, şəffaflıq və infrastruktur...
Xəbər verdiyimiz kimi, iyulun 31-də prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda ölkə iqtisadiyyatının inkişaf göstəriciləri, əldə olunan nailiyyətlər qeyd olunub, diqqət yetiriləsi məsələlər, görüləcək işlər barədə danışılıb.

İclasda çıxış edən prezident İ.Əliyev altı aylıq iqtisadi göstəricilərin müsbət dinamikadan xəbər verdiyini bildirib: “Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.

Prezident aqrar sektordakı dəyişiklikləri yüksək qiymətləndirib: “Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.

“Sosial sahə bizim üçün prioritetdir”

İ.Əliyev bu ilin əvvəlindən icrasına başlanan sosial paketin 4 milyondan yuxarı insanı əhatə etdiyini deyib: “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”.
Prezident önəm verdiyi istiqamətləri göstərdi
Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışan dövlət başçısı bunun iqtisadiyyata xarici investisiyaların cəlbi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, regionlarda zəruri infrastrukturun yaradılması sahəsində tədbirlərin davam etdiriləcəyini, Azərbaycanın valyuta ehtiyatlarının 49 milyard dollara çatdığını deyib: “Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik”.

“Süni qiymət artımına yol verilməməlidir”

Ölkədə makroiqtisadi sabitliyin olduğunu bildirənm İ.Əliyev süni qiymət artımlarına yol verilməyəcəyini xüsusi vurğulayıb: “Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Prezident dövlət vəsaitlərindən istifadə üzərində ciddi nəzarətin qurulmasını vacib hesab edir: “Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib”.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin əvvəlindən icra olunan iki sosial paketin ümumi dəyərinin cari il üçün 2,3 milyard manat, növbəti il üçünsə 3 milyard manat təşkil etdiyini deyib. Həmçinin bildirib ki, İşsizlikdən Sığorta Fondunun büdcəsinə dəyişiklik edilməklə bu il özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayını 10 minə çatdırmaq mümkün olacaq. Əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə bu proqram tərəfindən təmin olunacaq. Gələn ildən isə Dünya Bankı da proqramın maliyyələşməsində iştirak edəcək.
51 aqroparkdan 22-si fəaliyyətə başlayıb

İqtisadiyyat naziri Şahin Mustafayevin verdiyi məlumata görə, regionlarda yaradılmış 9 sənaye parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb: “Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib”. Nazir həmçinin bildirib ki, yaradılması nəzərdə tutulan 51 aqroparkın 22-si artıq faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın da fəaliyyətə başlaması gözlənilir.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə makroiqtisadi sabitliyin qorunduğunu, inflyasiyanın proqnozlaşdırılandan da aşağı səviyyədə olduğunu deyib. Altı ayda Mərkəzi Bankın valyuta ehtiyatları 330 milyon dollardan çox artıb. Baş bankir hesab edir ki, valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir.

E.Rütəmovun sözlərinə görə, president fərmanına uyğun olaraq anat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıb: “Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik”.

Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3 faiz təşkil edib. Vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında əhəmiyyətli artım qeydə alınıb. 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıb. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunun payına düşür.

Maliyyə naziri Samir Şərifovun iclasda verdiyi məlumata görə, altı ayda dövlət büdcəsinin xərcləri 100,2 faiz səviyyəsində icra olunub - 10 milyard 951 milyon manat. Dövlət büdcəsinin gəlirləri isə 10 milyard 406 milyon manat məbləğində icra edilib. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən proqnoz göstəriciləri 108 faiz icra olunub.

Nazir deyib ki, altı ayda illik 5 milyard 980 milyon manat nəzərdə tutulan dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərinin 37 faizi icra olunub: “Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, bu məbləğdə təxminən 1 milyard 140 milyon manat kreditlər nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna - noyabr-dekabr aylarına təsadüf etməsin”.

Cənub Qaz Dəhlizində 3 milyard dollar yaxın qənaət

Nazirin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmayıb: “Birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi - MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən kredit müqaviləsi bağlanmışdır - 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”.

Digər məhsulların istehsalı da artıb. Beləliklə, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25 faiz, tərəvəz 14 faiz. Yəni ixracımız da artır və əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə öz siyasətimizi apararaq özümüzü daha da böyük nəticələrə çatdıracağıq.

Kənd təsərrüfatı naziri İnam Kərimov lizinq bazarında tam liberallaşmaya nail olunduğunu, artıq dövlət tərəfindən tətbiq edilən güzəştlər və subsidiyaların bütün təchizatçı şirkətlərə tətbiq edildiyini, nəticədə bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verdiyini deyib. Onun sözlərinə görə, növbəti addım gübrə təminatı ilə bağlı liberallaşma olacaq.

TURQUT,
“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş: