Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu
Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq Tramp: O, artıq ölüdür və Rusiya ilə... ETİRAF



» » Şair Qəşəm Nəcəfzadə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edildi


Şair Qəşəm Nəcəfzadə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edildi

9-07-2019, 15:31
Oxunma sayı: 256
Şair Qəşəm Nəcəfzadə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edildi
Azərbaycanın tanınmış şairi və publisisti, 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə (Qəşəm Mirzə oğlu Nəcəfov) Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edilib. Bu barədə mətbuataVinniçadan, Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Mətbuat Xidmətindən bildiriblər.

Məlumatda deyilir, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədov bu gün, tanınmış Azərbaycan şairi və publisisti Qəşəm Mirzə oğlu Nəcəfovun 60 illik yubileyi münasibəti ilə “Xüsusi Xidmətlərə görə” Ordeni ilə təltif edilməsi barədə əmr imzalayıb.

Əmrdə qeyd olunur ki, Azərbaycan şairi və publisisti Qəşəm Mirzə oğlu Nəcəfov Türk dünyası qarşısında xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilsin.
Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Xüsusi Xidmətlərə görə” Ordeni 8 aprel 2018-ci ildə təsis edilib. İndiyədək bu yüksək ordenlə UQTMŞ Rəyasət Heyətinin Sədri Sergey Hnatyuk, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Sədri Səbuhi Abbasov, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu və digər tanınmış şəxslər təltif edilmişlər.
Sosial şəbəkələrdə paylaş: