Tovuzda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib Şəmkirdə “Regionlarda gənclər arasında könüllülüyün təşviqi"layihəsi çərçivəsində təlim keçirilib Layihə çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Gününü qeyd edilib Azərbaycan Vətəndaş Hərəkatının üzvləri Dərbənd şəhərinə səfər ediblər.
"Regionlarda gənclər arasında könüllülüyün təşviqi" layihəsi çərçivəsində növbəti təlim keçirildi Qazaxda gənc qızlara "İnsan alverinin qurbanı olmayaq"adlı maarifləndirici tədbir keçirilib “Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyası başladıldı Məkdəbdaxili idarəetməyə dəstək adlı layihənin icrası davam edir
Region qadınlarının bələdiyyə seçkilərində fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək Qazaxda ”Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib Layihə icrasına başladı



» » Gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilir


Gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilir

7-07-2019, 22:42
Oxunma sayı: 219
Gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilir
3 gün davam edəcək təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparılacaq

Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti fəaliyyətə başladı.

Layihənin tədbirlər proqramına uyğun gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi – informasiya sessiyası Sabirabad rayonunda keçirildi.

Sabirabad Gənclər Mərkəzində başlayan 3 günlük tədbirin rəsmi açılışında rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak edirdi.

Qonaqları salamlayan və təlimə uğurlar arzulayan N. Quliyev bu tədbirin rayon gənclərinin maariflənməsi və dövlət qulluğuna maraq və stimullarının yaranması baxımından müsbət əhəmiyyətini qeyd etdi və layihənin region gənclərinin sosial inkişafına və maariflənməsinə xidmət edəcəyini və davamlı olacağını bildirdilər.

ADTGT sədri, layihə rəhbəri A. Əsgərli layihə və tədbirlərin qısa təqdimatını edərək, on-line ərizə qəbulu aparıldığını və buna uygun təlimlərə başlanıldığını, 3 gün davam edəcək info sessiyanın sonunda ən yaxşıların seçilərək, Bakıda keçiriləcək “təlimçilər üçün təlim” (TOT) kursuna dəvət olunacaqlarını vurğuladı. Layihə eksperti G. Bağırova dövlət qulluğunun əhəmiyətini qeyd edərək, gənclərin bu sahəyə maraq göstərmələrinin müsbət tərəflərini açıqladı və eləcədə çap olunan materiallar haqda məlumat verdi.

Sonra təlimçi D. Əhmədli tərəfindən interaktiv metodlarla təlim başlanıldı, iştirakçılar arasında məlumatlılıq səviyyəsinin yoxlanılması üçün pre-test aparıldı. Region gənclərinə dövlət qulluğu proqramına uyğun geniş və əhatəli bilik və informasiyalar çatdırıldı.

3 gün davam edəcək təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparılacaq və TOT üçün ən yaxşılar seçiləcəkdir.

Regional təlimlər qrafikə uyğun Qazax və Şəmkir rayonlarında da davam etdiriləcəkdir.
Gənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilirGənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilirGənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilirGənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilirGənclərin dövlət qulluğu üzrə növbəti regional təlimi Sabirabadda keçirilir

Respublik.info
Sosial şəbəkələrdə paylaş: