Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu
Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq Tramp: O, artıq ölüdür və Rusiya ilə... ETİRAF



» » ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.


ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.

27-06-2019, 17:36
Oxunma sayı: 234
ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.
Daha öncə də məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) icra etdiyi “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində Bosniya və Hersoqovinada rəsmi görüşlərdən sonra növbəti önəmli fəaliyyəti həyata keçirdi.
21 iyun tarixində Bosniya və Herseqavinanın Nümayəndələr Palatasının konfrans zalında bu ölkədən olan millət vəkillərinin, hökumət rəsmilərinin, alim, ekspert, QHT və media təmsilçilərinin iştirakı ilə yüksək səviyyəli konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə açıq elan edən Bosniya və Hersoqavinadan olan moderator dr. Rizvan Haliloviç mövzu ilə bağlı qısa məlumat verdi və sonra sözü yerli QHT rəhbəri Jasmin İmamoviçə verdi. ADTGT ilə beş ildir davam edən əməkdaşlığını yüksək qiymətləndirən Jasmin İmamoviç Dağlıq Qarabağ mövzusunda istər Bakıda, istərsə də Sarayevoda həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı. Daha sonra geniş təqdimatla ADTGT sədri Asif Əsgərli məruzə etdi. Dağlıq Qarabağ probleminin tarixi köklərini, gerçək səbəblərini, real vəziyyəti və Azərbaycanın haqlı ədalətli mövqeyini öz çıxışında ətraflı təqdim edən Asif Əsgərli münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini vurğulayaraq Ermənistan tərəfini beynəlxalq qanunlara əməl etməməkdə, 20 faiz torpaqlarımızı hələ də işğal altında saxladığını bildirdi.
Sonra məruzə ətrafında Zenitsa universitetinin hüquq professoru Dzcavad Dino Bosniya və Hersoqavinanın Rusiyadakı keçmiş səfiri prof. Ənvər Haliloviç, Sarayevo universitetinin doktoru Enis Öməroviç və digər rəsmi qonaqlar və ekspertlər çıxış edərək Azərbaycanın ərazi bütövlüyüynə, ədalətli mövqeyinə öz dəstəklərini ifadə edərək dünya birliyini Ermənistana qarşı ciddi tədbirlər görmək istiqamətində çağırışlar etdilər.
Konfrans müzakirələrlə yükunlaşdı və iştirakçılara ADTGT tərəfindən Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinə dair çap və audio-vizual materiallar təqdim olundu.
Sonda konfransın adından erməni nasist cinayətkarı Qaragen Nicdeyə Bolqarıstanda abidə ucaldılmasına etiraz bəyanatı qəbul edildi və bu KİV-lərə yayımlandı.

ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.
ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.
ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.
ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.
ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.ADTGT Bosniya və Hersoqovina Parlamentində beynəlxalq konfrans keçirdi.
Sosial şəbəkələrdə paylaş: