Ucar rayonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirib Tovuzda gənc müəllimlər üçün yeni layihə həyata keçirildi 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb. Gürcüstan deputatı Savalan Mirzəyev Bakıda Azərbaycan dilində danışmaqdan imtina etdi
Məhsəti Hüseynova: "VƏTƏNƏ, MİLLƏTƏ FAYDALI OLMAQ ÜÇÜN MİLLƏT VƏKİLİ OLMASANIZ DA, OLAR!" Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının seçkiqabağı təbliğat-təşviqat kompaniyasının 06 fevral tarixindən başa çatıb 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) seçkiqabağı təbliğat-təşviqat kompaniyası artıq 06 fevral tarixindən başa çatmışdır. 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədovun görüşünə yüzlərlə seçici gəlib-FOTO
Bəzi "məmurlar" anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd 91 Saylı seçki Dairəsindən Namizəd Kazim Məmmədov seçicilərlə növbəti görüşünü keçirib. Azərbaycan Vətəndaş Hərəkatının növbədənkənar parlament seçkiləri ilə bağlı BƏYANATI Bərdə şəhərində 2 fevral "Gənclər Günü"nə həsr olunmuş açıq rayon birinciliyi keçirilib



» » “Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin açılış mərasimi keçirildi


“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin açılış mərasimi keçirildi

27-06-2019, 12:37
Oxunma sayı: 591
“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin  açılış mərasimi keçirildi
Məlumat üçün bildiririk ki, 26 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin açılış mərasimi keçirildi. Tədbiri girişi sözü ilə açan “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev layihənin həyata keçirilməsində məqsədin gənclərin qeyri-formal təhsil vasitəsilə maarifləndirilməsi, yaradıcılıqlarının inkişafı və asudə vaxtının səmərəli təşkilindən ibarət olduğunu qeyd edib. Daha sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, Göygölün təbiətinin düşərgələr üçün əlverişli olduğunu bildirib. Azərbaycan Gənclər Fondunun aparıcı məsləhətçisi Ülvi Adıgözəlov fondun fəaliyyətinin çoxşaxəli olduğunu, gənclərə və onların ideyalarını gerçəkləşdirmək üçün gələcəkdə də təmsil etdiyi qurum tərəfindən bir sıra müvafiq addımlar atılacağını qeyd etdi.Birliyin icraçı direktoru, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova 5 günlük düşərgə ərzində gənclərə sağlam qidalanma və düzgün həyat tərzi mövzusunda təlimlər haqqında və sağlam gələcəyin formalaşmasında düzgün qilanmanın vacibliyini vurğuladı. Daha sonra tanınmış fotoqraf gənclərə fotoqrafiya sənətinin düşərgə müddətində incəliklərini öyrədəcəyini və Azərbaycan təbiətinin gözəlliyinin təbliğində fotoqrafçılığın böyük əhəmiyyətə malık olduğunu qeyd etdi. Birliyin hüquq departamentinin direktoru Rəşad Nəbiyev düşərgələrin gənclərin həm asudə vaxtlarının səmərəli təşkil olunması, həm də yeni biliklərin əldə edilməsi baxımından vacib olduğunu bildirdi.
Düşərgə 26-30 iyun tarixləri arasında davam edəcəkdir. Layihə nəticəsində gənclər həm təbiət qoynunda fotoqrafçılıq sənətinin incəliklərinə yiyələnəcək, həm sağlam həyat tərzi, düzgün qidalanma mövzularında biliklər əldə edəcəklər. Layihə çərçivəsində tematik ekskursiyalar və idman oyunları təşkil ediləcəkdir. Əsasən gənclərin proseslərə fəal cəlb edilməsi üçün qeyri-fəal təlim metodlarından istifadə olunacaq. İştirakçılar düşərgə daxili çempionatlarda iştirak edəcək, musiqi gecələri, görüşlər keçiriləcək. Layihə iştirakçıları aralarında müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Bu oyunlarda mövzular Azərbaycan mədəniyyətinə, tarixinə həsr ediləcəkdir. Yarış qalibləri və fəalları sonda mükafatlandırılacaq.

“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin  açılış mərasimi keçirildi“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin  açılış mərasimi keçirildi“Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin  açılış mərasimi keçirildi
Sosial şəbəkələrdə paylaş: