İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Soydaşlarımız Alim Nəbiyevə dəstək üçün Parisə gedirlər


Soydaşlarımız Alim Nəbiyevə dəstək üçün Parisə gedirlər

22-06-2019, 21:43
Oxunma sayı: 260
Soydaşlarımız Alim Nəbiyevə dəstək üçün Parisə gedirlər
Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) və Dünya Azərbaycanlıları İttifaqının (DAİ) prezidenti Füzuli Məmmədov rəhbəri olduğu təşkilatların aparat əməkdaşları ilə birlikdə Parisdə səfərdədir. Səfərin proqramına əsasən nümayəndə heyəti iyunun 22-də Parisin Lya Vilette idman kompleksində azərbaycanlı idmançı Alim Nəbiyevlə yerli idmançı Sedrik Dumbe arasındakı qarşılaşmanı izləyəcək.
Qeyd edək ki, DAİ-nin təşkilati dəstəyi ilə Avropa və Rusiyanın müxtəlif bölgələrindən diaspor fəallarımızın idman hadisəsini izləməyə qatılacağı gözlənilir. Mühüm idman tədbirində Alim Nəbiyevə Azərbaycanın Fransadakı Səfirliyinin əməkdaşları da azarkeşlik edəcək. İyunun 22-də məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov da tədbirin fəxri qonağı kimi həmvətənimizi dəstəkləmək üçün Parisə gəlib. DAİ prezidenti Füzuli Məmmədovun Avropaya səfəri çərçivəsində Fransa, Avstriya və Benilüks ölkələrinin diaspor təşkilatlarının rəhbərləri ilə görüşləri planlaşdırılır. Diaspor təşkilatlarının DAİ ilə əməkdaşlığı görüşlərin əsas müzakirə mövzusu olacaq.
Sosial şəbəkələrdə paylaş: